“Mənim kralım deyilsən!”

İngiltərə kralı çətin vəziyyətə düşdü

  Böyük Britaniya Birləşmiş Krallığının yeni kralı, may ayında Londonda düzənlənən rəsmi tacqoyma mərasimi ilə kral taxtına əyləşən Kral III Çarlz Şotlandiyada etirazlarla qarşılanıb. Kral Çarlz adətə uyğun olaraq Şotlandiya tacını da qəbul etməsi üçün Edinburqa səfər edib. Lakin burada o, pis bir sürprizlə qarşılaşıb.  Kralın hərəkət etdiyi küçələrdə üzərində “Mənim kralım deyilsən” yazılmış plakatlar qaldırılıb və etirazçılar bunu ucadan səsləndiriblər. Əslində bu tacqoyma mərasimi formal xarakter daşıyır. Krala tac təqdim olunsa da başa qoyulmur. Giles Kilsəsində düzənlənən tədbirdə kralın həyat yoldaşı, kraliça Camilla, vəliəhd şahzadə Uilyam və şahzadə Ket Middleton da iştirak edib. Tacqoyma mərasimində kral tərəfdarları və onu sevənlərlə yanaşı etirazçılar da olub. Onların etirazları mərasimin xoş ovqatına xələl gətirib. Etirazçılar həm də “acları doyurun”, “Monarxiyanı ləğv edin”, şüarları səsləndiriblər. Etirazlarda 2 qadının saxlandığı bildirilir. Qeyd edilir ki, kraliça Yelizabetin vəfatından sonra İngiltərədə monarxiyanın saxlanmasının tərəfdarları 60 faiz olduğu halda, Şotlandiyada bu göstərici 45 faizdir.