Priqojinin ölümündən sonra Putindən sürpriz qərar

Rusiya prezidenti Vladimir Putin Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin təyyarə qəzasında ölməsindən sonra sürpriz fərman imzalayıb.

Sherg.az rus mediasına istinadən xəbər verir ki, fərmana əsasən, ordu adından çıxış edəcək və ya Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatında” iştirak edəcək hər kəs Rusiyaya rəsmi sədaqət andı içməlidir..
Cümə günü, avqustun 25-də qüvvəyə minən fərmanda “Rusiyanın müdafiəsinin mənəvi-əxlaqi əsaslarının yaradılması haqqında sərəncam” sözlərindən istifadə edilib və bütün muzdlu dəstələrin Rusiya bayrağı önündə beyət etmələri vurğulanıb.