Anar Eyvazov: "Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir"

Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərinə cəlb olunan Silahlı Qüvvələrimizin hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.

“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

O, bildirib ki, Azərbaycan Ordusunun bütün növ təminatı yüksək səviyyədədir.