Lavrov özünə təskinlik verir, Rusiya Ermənistanı itirmək üzrədir  - ŞƏRH    

“Rusiya NATO-nun Ermənistan vasitəsilə  Zaqafqaziyada maraqlarını irəli sürmək cəhdlərini qeydə alır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Ermənistanda ictimai təşkilatlar tərəfindən anti-Rusiya ab-havası yaradılır. Onlar İrəvan vasitəsilə ABŞ, Aİ və NATO-nun Cənubi Qafqazda maraqlarını təmin etməyə çalışırlar. Buna baxmayaraq erməni xalqının əksəriyyəti Rusiya Federasiyası ilə ənənəvi qardaşlıq əlaqələrinin inkişafında maraqlıdır. Moskva Nikol Paşinyanın İrəvanı fərqli istiqamətlərə çəkmək cəhdlərinə baxmayaraq, xarici siyasət xəttinin dəyişməyəcəyi ilə mövqeyinin prioritet olacağına ümid edir”, – Lavrov bildirib.


 
Lavrovun açıqlamasını “Sherg.az”a şərh edən politoloq Natiq Miri bildirib ki, bu sözlər nazirin özünə təskinlik verməsindən başqa bir şey deyil. Hazırda  Rusiya Ermənistanı itirməkdədir:   

“Lavrovun açıqlamalarından da göründüyü kimi Rusiya  hələlik məsələ ilə bağlı son addımları  admaq istəmir. Onların hələ də Ermənistanla bağlı ümidləri var. Dolayısıyla bütün körpüləri yandırmır. İravan üçün qapıları açıq saxlayır. Kreml hakimiyyəti əvvələr Paşinyan və tərəfdaşlarına təzyiqlər göstərdilər. Onlar Paşinyan hakimiyyətini devirib yerinə Rusiya meyilli lider gətirməyi planlamışdılar. Bütün təzyiqlərin fonunda konkret nəticə ala bilmədilər. Buda bizlərə  erməni ictimai rəyində Kremlin mövqeyinin kəskin zəiflədiyini açıq-aydın göstərir”.

Politoloq qərbin maliyyələşdirdiyi bəzi  qeyri-hökümət təşkilatlarının 2018-ci ildən bu yana İravanda anti-Rusiya ovqatı yaratmaq üçün işlədiyini vurğulayıb:

“Bu fəaliyyət son 5 il ərzində məsələyə öz ciddi təsirlərini göstərib. Rusiyanın 5-ci kalon olan revanşist müxalif qüvvəllərinin keçirdiyi etiraz mitinqlərində də bu görsənir. Nikol Paşinyanı devirmək üçün keçirilən  aksiyalara erməni xalqı kütləvi şəkildə qoşulmur. Son mitinqlərdə 1500-2000 nəfərdən artıq adam yığışmadı. Bunlar Lavrovun erməni xalqının Rusiyadan yana olmaları ilə bağlı dediklərinin yalnış olduğunu göstərir. Əgər elə olsaydı ən azından Rusiyanın dəstəklədiyi bu etiraz aksiyalarına 10 minlərlə insan küçələrə çıxar və Rusiya ilə dostluq haqqında moizələr oxuyardı. Paşinyanın Rusiya ilə bağlı humanist açıqlamaları isə özünü qoruma instikti ilə bağlıdır. O Rusiyadan qopmaq üçün ağrısız keçid siyasətinə önəm verir. Bu səbəblə xarici siyasət vektorunun dəyişmədiyini deyir. Fakt isə ondan ibarətdir ki, o Qərbin dediklərini yerinə yetirir”.