Bu zəfər birlik və milli vəhdətlə əldə olunub!
Yusif Nəzərli
11:52 16.10.2023
Aktual
403
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Dövlət başçısı buradan xalqa səslənib:
“Əziz həmvətənlər, bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! ”
Erməni politoloq Suren Surenyants oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət bayrağını Xankəndi şəhərində qaldırması fotosunu feysbuk səhifəsində paylaşaraq bildirib:
“Bu şəkil Qarabağ münaqişəsi səhifəsini bağlayan “artsax”ın sonudur. Və heç kim xalqı aldatmağa çalışmasın ki, Qarabağın erməni səhifəsi hələ bağlanmayıb”.
Azərbaycan Prezidentinin Xankəndi başda olmaqla Ağdərədə, Xocavəndə, Əsgəranda Dövlət Bayrağını ucaltması və çıxışında verilən mesajlarla bağlı düşüncələrini “Sherg.az”la bölüşən politoloq Natiq Miri bildirib ki, dünən hər kəs tarixi bir hadisənin şahidi oldu:
“Əsrlər sonra belə bu tarix qalacaq və gələcək nəsillərə ötürüləcək. Dünənki hadisə xüsusiilə də Xanın kəndində axır ki, layiq olduğu bayrağın ucaldılması hər bir azərbaycanlı üçün qürur duyulacaq bir an idi. Digər tərəfdən baş verənlər insanların alt şüurunda transformasiyanın baş verməsinə səbəb oldu. Əvvəllər bir natamamlıq, məğlub xalq kompleksi var idi. İndi Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrildi. Bu gün hər kəs onun qürurunu yaşayır. Eyni zamanda Prezident İlham Əliyevin verdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycan bayraqlarının taxılacaq hədəfləri və məkanları mövcuddur. Bu zəfər birlik və milli vəhdətlə əldə olunub. Vətən artıq bütünləşdi. Çıxış zamanı Cənab İlham Əliyev dünya ölkələrinə də öz mesajlarını verdi. O, Azərbaycanın haqlı mübarizəsində ona qarşı çıxanlara hələ daha çox bayraq ucaldacaqlarını bildirdi”.
N.Miri erməni politoloq Suren Surenyantsın fikirlərinə də münasibət bildirib:
“Ermənistanda ağlı başında olan şəxslər gerçəyi qəbul edirlər. Tədricən bu yöndə açıqlamalar artmaqla davam edəcək. Yəni gec-tez hər bir Ermənistan vətəndaşı bu reallığı başa düşəcək. Doğrudur separatizm ideyasını yaşatmağa və gələcəyə daşımağa çalışanlar hələ də mövcuddur. Amma dünənki mənzərə və Prezidentin verdiyi mesajlar onların düşüncələrini puça çevirəcək vəziyyəti ortaya qoydu. İlham Əliyev xarici siyasət baxımından çox uğurlu bir liderdir. Qarabağın yenidən Azərbaycan olması və bu konteksdə qurulan iqtisadiyyat, siyasət dövlət və millət üçün çox önəmlidir. Bu baxımdan Prezident İlham Əliyevi təbrik etmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə