"Qərb  riyakarlığı ilə regionda sülh quruculuğunu ləngidir"  - POLİTOLOQ

Son zamanlar dünyada ən çox mina basdırılan torpaqlar hesab olunan Azərbaycanın Qarabağ bölgəsinə vəsasit ayırmayan Avropa İttifaqı (Aİ) erməni sakinlərə qarçı canfəşanlıq edir. Ötən əsrin 90-cı illərində azərbaycanlılar etnik təmizləməyə məruz qalan zaman görməzdən gələn Aİ-nin və Qərbin  terrorçu dövlət olan  Ermənistana humanitar yardım adı altında bu qədər köməklik göstərməsi  ikiüzlülüyün bariz  nümunəsidir. 30 il öncə Azərbaycan xalqına qarşı olan haqsızlıqlara susanlar indi  öz istəyi ilə ərazini tərk edən ermənilərə bir günün içində milyonlarla vəsait ayırırlar. Bu faktlar Aİ-nin və Qərbin  ikili standartlarından və riyakarlığından xəbər verir. 


 
  “Sherg.az”a danışan Politoloq Aytən Qurbanova isə Sherg.az”a  bildirib ki, Azərbaycan Qərbin, bütövlükdə isə qlobal sistemin aparıcı qüvvələrinin riyakar siyasətinə və ikili standartlara əsaslanan yanaşmalarına artıq alışıb: 

“Otuz ilə yaxın işğal dövründə “sülh danışıqları” adı altında vaxt qazanaraq Ermənistanı hərbiləşdirənlər və bütün cinayətlərə göz yumanlar bugün yenə də eyni ssenari üzrə yalançı “sülh carçısı” rolunu ifa etməyə davam edirlər. Arxa pərdədə isə biz yenə də Ermənistanın işğalçılıq ideologiyasını dəstəkləyərək separatçılıq və terrorizm üçün zəmin hazırlayan bir Avropa görürük. O Avropa ki, özünü hüquq və azadlıqların və demokratiyanın vətəni hesab edir. Belə olan halda təbii ki, bu davamlı şəkildə gündəmə gəlir. Bəs, Azərbaycana qarşı əsassız və qərəzli “qətnamələr” qəbul edən Avropa İttifaqı bu qədər beynəlxalq hüquqi normalara önəm verirsə, onda niyə bir dəfə də olsun Ermənistanın etnik təmizləmə siyasətindən, deportasiya olunmuş yüz minlərlə azərbaycanlının hüquq və azadlıqlarından, Qarabağda firavan yaşamaq hüquqları uzun illərdir əllərindən alınmış məcburi köçkünlərimizdən danışmır? Niyə onların hüquq və azqdlıqları haqqında, erməni vəhşiliyinin qurbanı olmuş insanların yaşamaq hüququ haqqında, qadağan olunmuş silahlardan istifadə edərək Gəncəni, Bərdəni, Tərtəri hədəf alan və mülki vətəndaşları qətlə yetirən ermənilərin müharibə cinayətləri haqqında, Fransa kimi siması olan dövlətlərin suveren Azərbaycan torpaqlarında “boz zona” yaratmaq niyyətləri haqqında heç bir qətnamə qəbul etmir?”.

Politoloq bugün Ermənistana yardım adı altında ayrılan vəsaitlərin hansı məqsədlər üçün istifadə olunacağının da  hərkəsə məlum olduğunu vurğulayıb:

 “Amma onu da unutmamaq lazımdır ki, Qərbin bu riyakarlığı artıq təəccüb yaratmır və heç bir halda mövqeyimizə təsir edə bilməz. Yəni Qərbin Ermənistandan alət kimi istifadə edən siyasi dairələrinin bu məkrli niyyətləri ola bilər ki, regiondakı sülhquruculuğu prosesini gecikdirir, amma nə reallığı dəyişmək, nə də regionda Azərbaycanın maraqlarına zidd hər hansı bir addımın atılmasını təşviq etmək iqtidarında deyil”.