İngiltərə kralı Ərdoğana təbrik məktubu ünvanlayıb

İngiltərə kralı III Çarlz Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünü prezident Rəcəb Tayyib Ərdoğana yazdığı məktubla qeyd edib.

Sherg.az xəbər verir ki, Kral Çarlzın Prezident Ərdoğana yazdığı məktubda “Ölkənizin yaranmasının 100 illiyi münasibətilə bu xüsusi gündə Zati-alinizə və Türkiyə Cümhuriyyəti xalqına ən səmimi təbriklərimi çatdırıram” - bəyanatda deyilir.

2015-ci ildə Türkiyəyə səfəri zamanı qarşılaşdığı qonaqpərvərliyi məhəbbətlə xatırladığını ifadə edən Kral Çarlz, “Mən də türk xalqının fevral ayında böyük dağıntılara səbəb olan  zəlzələlərdən sonra davam edən yenidənqurma işlərində göstərdiyi müqavimətə dərin heyranlığımı ifadə etmək istərdim” deyə fikirlərini bölüşüb.

Kral Çarlz İngiltərə ilə Türkiyə arasındakı tərəfdaşlıq və dostluğun davam etməsini arzu edən məktubunda bunları qeyd edib:

"Əminəm ki, bu müsbət əlaqələr daha da güclənəcək və davam edəcək. Siz və dünyanın hər yerində yaşayan türklər Türkiyənin yüzillik yubileyini qeyd edərkən, həyat yoldaşım və mən sizə ən xoş arzularımızı çatdırırıq".