"Fransa Gürcüstanı Avropa İttifaqı üzvlüyü ilə şantaj edib"  - POLİTOLOQ

"Fransanın Ermənistana satdığı hərbi texnikanın iki yolla – Gürcüstan və ya İran üzərindən Ermənistana çatdırılması mümkün idi. Paris Tehranla bu məsələdə sövdələşməyə getmək istəmədi. Demək Paris Gürcüstan hakimiyyətinin razılığını almaq üçün çalışmalı idi".

Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Ekspert deyib ki,  Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olsa da, Fransanın təzyiqi və şantajı qarşısında hərbi texnikanın öz ərazisindən keçidinə şərait yaradıb:

"Görünür, Fransa Gürcüstanı Avropa İttifaqı üzvlüyü məsələsi ilə şantaj edib. Yəni deyiblər ki, “Avropa İttifaqının üzvü olmaq və Fransanın dəstəyini almaq istəyirsənsə hərbi texnikanın keçidinə şərait yaratmalısan”. Tiflisdə düşünüblər ki, hərbi texnikanın keçidinə şərait yaratmaq Parisə “yox” cavabından daha faydalıdır. Halbuki, Gürcüstanın Ermənistana hədiyyəsini gərək unutmayaq".