TikTok dünyanı bezdirdi: Qadağa qoyan ölkələrin sayı artır

Çinin sosial media platforması TikTok-u qadağan  edən ölkələrin sayı hər keçən gün artır. Bu, dünya ölkələrinin TikTok-a etibar etməməsi, lazımsız sayması deməkdir. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, TikTok-un qadağan edildiyi dövlətlər arasında Avropa və Asiya ölkələri də var. 

 Əvvəlcə Avropa Komissiyası və Avropa Şurası kiber təhlükəsizlik tədbirləri çərçivəsində əməkdaşlarının şəxsi telefonlarında TikTok-a daxil olmalarını müvəqqəti yasaqlayıb. Daha sonra Avropa Parlamenti elan edib ki, rəsmi  nömrəli bütün telefonlarda TikTok-a girişin qarşısı alınacaq. Məhz bu addım bütün Avropada qadağan dalğasına yol açıb.  Böyük Britaniyada bu ilin mart ayından etibarən TikTok dövlətə bağlı elektron cihazlarda və dövlət strukturlarında qadağan edilib. Britaniya hökuməti bu addımını Çin hökumətinin TikTok vasitəsiylə mühüm məlumatları əldə edə biləcəyi ilə izah edib. ABŞ də eyni addımı atıb. Ardınca Yeni Zelandiya, Danimarka, Kanada da Tik Tok-u təhlükəsizlik zərurətini əsas gətirərək hökumət üzvləri və rəsmi qurumlarda yasaqlayıb. Əfqanıstan, məlum məsələdir, Taliban hökuməti Tik Tok-un islami qaydalarla uyğunsuzluğu səbəbiylə 2022-ci ildən qadağan edib. Tayvan və Nepal dövləti də bu sosial platfortmanın cəmiyyəti yanlış yönləndirdiyini, mənfi tendensiyalara yol açdığını elan edərək istifadəsinə qadağa qoyub.