Turabi “Survivor All Star”a qatılacaq?

Hələ də səhhətində problemlər var

  Dava-dalaşları, həm də əldə etdiyi uğurlarla "Survivor"a damğa vuran Turabi Çamkıran “Survivor All Star 2024”də iştirak etməyəcək. Bu barədə o özü sosial media hesabında paylaşım edib. “Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, “ən sürətli yarışmaçı” - “Turbo” ləqəbi qazanmış Turabinin bir müddət əvvəl keçirdiyi qəzadan sonra hələ də səhhətində problemlər var. Qəzadan sonra müalicə olunan Turabi hər halda "Survivor"a qatılmaq niyyətində idi və fiziki hazırlıqlara da başlamışdı. Lakin aldığı xəsarətlərin bu tezliklə aradan qalxacağı inandırıcı deyil. Bunu özü də qeyd edib. “Həkimlər yanvar ayında səhhətimin bərpa olunacağına ümid edir. Amma fiziki durumunun "Survivor"a qatılmaq üçün yetərli olmayacağını da deyirlər. 2024 "Survivor ALL Star" mənsiz olacaq. İndidən bütün iştirakçılara uğur arzulayıram”.