Günəşin fotosunu çəkən türkiyəli astrofotoqraf mükafat qazanıb

  Türkiyəli astrofotoqraf Mehmet Ergün London “Greenwich” Kral Rəsədxanasının təşkil etdiyi “İlin astronomiya fotoqrafı” müsabiqəsində qalib olub. Mehmet Ergünün çəkdiyi günəş fotoqrafı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, müsabiqəyə xeyli sayda fotolar təqdim olunub. Müsabiqədə iştirak edən fotoqraflar adi gözlə görünməsi mümkünsüz olan mənzərələri texnoloqların köməyi ilə obyektivə ala bilib. Və heyrətamiz fotolar ortaya qoyublar. Mehmet Ergün isə müsabiqənin Günəş planeti kateqoriyasında mükafat qazanıb. M.Ergünün kainatda baş verən qəribə dəyişiklikləri əks etdirən fotoları münsiflər tərəfindən bəyənilib. Qeyd edilir ki, “İlin astronomiya fotoqrafı” müsabiqəsi 15 ildir keçirilir. Müsabiqənin “Günə. Kateqoriyası” isə ən çətin kateqoriyadır. Ümumilikdə müsabiqəyə 64 ölkədən 4 mindən artıq foto göndərilib. M.Ergünün çəkdiyi fotoda Günəş planetindəki partlayış əksini tapıb. Bu foto 500 mm-lik linza ilə çəkilib. Mehmet Ergün “müsabiqədə Günəş kateqoriyasında qalib olmaq məni çox xoşbəxt etdi. Dünya fotoqrafları ilə bir sırada dayanmaq qürurvericidir”, söyləyib.