“Azərbaycanlılar ona bir “Opel” markalı maşın da veriblər, benzinlə də təmin edirlər”
Ermənilərin növbəti yalanı da ifşa oldu, hay-küylərinin əsassız olduğu təsdiqləndi. Bir müddət əvvəl özünü Mişa kimi təqdim edən Xankəndi sakini, erməni Muşeq Qriqoryan sosial şəbəkədə video paylaşıb və populyarlaşıb. Fürsətcil ermənilər də bundan sui-istifadə etməyə çalışıb. Erməni mənbələri hərəkətə keçərək? guya? Mişanın əllərinin kəsildiyi və qətlə yetirildiyi barədə xəbər yayıb. Əslən Qarabağdan olan həmkarımız, Jurnalistlərə Hüquqi və Texniki yardım İctimai Birliyinin sədri Asəf Quliyev isə erməni tərəfinin yalan məlumat yaydığını elə həmin Mişanın son görüntülərini paylaşmaqla ifşa edib. Videonu paylaşan Asəf Quliyev paylaşıma bu sözləri əlavə edib: “Nəzərinizə çatdırım ki, Mişa sağ-salamatdır və hazırda Xankəndidə yaşayır. Bu da onun son görüntüləri”.
Bu barədə “Sherg.az"a danışan Asəf Quliyev Mişa haqqında ətraflı məlumat verdi:
- Asəf bəy, Mişa videoda nədən danışır, hansı dildə?
- Rus dilində danışır, deyir ki, “adım Mişadı – Muşeq Qriqoryan. Mən burda? Xankəndidə yaşayıram (Məhz Xankəndi deyir, sonra arada yenə Xankəndi deyir, bir dəfə “Stepanakert” də deyir). Burada bizə yaxşı baxırlar, yaxşı yedirirlər. Burda mənə qardaş kimi yanaşırlar (Qardaş e! – M.R.). Mən onlara doğma qardaş kimiyəm (Bu, deyəsən, bir az çox oldu! M.R.) Hamını bura dəvət edirəm. Deyirlər, guya mənim əllərimi, ayaqlarımı kəsiblər. Əllərini, ayaqlarını göstərir – baxın, əllərim də yerindədir, ayaqlarım da. Sağ-salamat dayanmışam burda. Məni heç kim incitmir. İzləyən də yoxdu. Amma şəhərdən kənara çıxanda, məsələn? Ballıcaya gedəndə müşayiət edirlər. Məni videoya qarabağlı bir oğlan çəkir. Azərbaycanlılara da, ermənilərə də demək istəyirəm ki, barışın, sülh içində yaşayın Xankəndidə”.
- Ermənilərin belə bir yalan məlumat yaymaqda məqsədləri bəllidir. Xislətlərinə uyğun davranırlar. Biz nə etməliyik?
- Bu video ermənilərə ən tutarlı cavabdır. Görürsünüz, Mişa dayandığı yerdə abidə - bir büst də var. Sındırılmayıb, dağıdılmayıb. Dəqiq olan budur ki, Xankəndidə azərbaycanlılar heç bir dağıntı və ya başqa xoşagəlməz hala yol verməyib. Hətta kimə məxsusluğu bəlli olmayan büst də yerindədir. Bunu göstərməliyik dünyaya. Ermənilərlə bizim fərqimizi bəlkə anlasınlar. Yeri gəlmişkən, Mişanın qarşısında dayandığı abidə sovet təyyarəçisi, II Dünya müharibəsinin iştirakçısı, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Nelson Stepanyanın büstüdür. O, Şuşada anadan olmuşdu. Gördüyümüz kimi abidə qorunur.