Bakı-Həştərxan aviareysi gecikir

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 08:05-də Bakıdan Rusiyanın Həştərxan şəhərinə yerinə yetirməli olduğu reys gecikir.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, gecikməyə səbəb Həştərxan hava limanında hava şəraitinin əlverişsiz olmasıdır. Bakıdan uçuş gecikdiyi üçün təyyarənin Həştərxandan saat 10:40-da nəzərdə tutulan geri dönüşü də gecikəcək.