Yeni iddia: Melaniya özünü təcrid edib, harda olduğu bilinmir

ABŞ-nin keçmiş birinci xanımı Melaniya Tramp bir müddətdir ki, tənha, təcrid olunmuş həyat tərzi keçirir. Hətta qohumları da onun harada olduğunu bilmirlər. Bu iddianın sahibi Tramp ailəsinin yaşadığı Mar-a-Laqo malikanəsində baş verənlər haqqında kitab yazan jurnalist Laurens Limerdir.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  Melaniya Tramp Mar-a-Laqo adlı ailə malikanəsinin işçiləri ilə hətta qohumlarının belə tanımadığı yerdə “qəribə” və “təcrid olunmuş” həyat sürür.

“The Telegraph” qəzetinə danışan  "Mar-a-Lago: Inside the Gates of Power at Donald Trump’s Presidential Palace" kitabının müəllifi, jurnalist Laurens Limer Donald Trampın həyat yoldaşının bu günlərdə nadir hallarda Mar-a-Laqoya getdiyini bildirib:  "Heç kim harada olduğunu bilmir.  Bu sirr kimidir" .

Tramp ailəsi 2019-cu ildən bəri Florida ştatının Palm Beach şəhərindəki malikanədə qalır. Bununla belə, malikanənin əməkdaşlarının bu günlərdə Melaniya Trampı nəhəng strukturda çox görmədikləri iddia edilir.

Donald Trampın Mar-a-Laqoda tərəfdarları ilə Milad şam yeməyi zamanı çəkilən videoda Melaniya Tramp yer almayıb. Lakin Trampın Milad günündə yayımladığı və “Merry Christmas” mesajını paylaşdığı fotoda Melaniya Trampla əl-ələ veriblər.

Melaniya Tramp bu ayın əvvəlində Milli Arxivdə nadir hallarda çıxış etdi və naturalizasiya mərasimində ilk nitqini söyləyib. O, 25 yeni Amerika vətəndaşına vətəndaşlığa aparan “çətin” yoldan və “demokratik prosesdə fəal iştirak etməkdən və azadlığı qorumaqdan” danışıb. Onun mesajı əri Donald Trampın Ağ Evə qayıdacağı təqdirdə immiqrasiyaya qarşı sərt tədbirlər görmək planlarına zidd olaraq şərh edilib.

Donald Tramp 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərində yenidən seçilmək üçün namizədliyini irəli sürərkən, Melaniya Tramp indiyə qədər ərinin kampaniya turlarında iştirak etməyib.