SON XƏBƏR: Ərdoğan: Türkiyə terrorla mübarizədə İranın yanındadır


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə telefonla danışıb. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Kirmanda baş verən terror  aktına görə Rəisə başsağlığı verən Ərdoğan Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirib və itkilərinə görə İran xalqına səbr diləyib.

Prezident Ərdoğan  İranı terrorla mübarizədə birgə hərəkət etməyə çağırdığını təkrarlayıb.

Danışıqlarda həmçinin İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfərinin sonrakı tarixə təxirə salınması qərara alınıb.