Tramp: "Mən ABŞ-də iqtisadiyyatın 12 ay ərzində çökməsini istəyirəm"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp müsahibəsində iqtisadiyyatın 12 ay ərzində çökəcəyinə ümid etdiyini bildirib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, noyabrda ABŞ-da keçiriləcək seçkilərdə Baydenin rəqibi keçmiş ABŞ prezidenti Donald Tramp olacaq.  Tramp deyib ki, əgər çöküş olacaqsa, bunun 12 ay ərzində olmasını istəyir.

Tramp ABŞ-ın keçmiş prezidenti Herbert Huver kimi olmaq istəmədiyini deyib. Huver 1929-cu ildə Böyük Depressiya başlamazdan əvvəl vəzifəyə gəldi. Onun prezidentliyi ümumiyyətlə o dövrün iqtisadi  çətinlikləri ilə müşaiyyət olundu.

Tramp Baydenin yenidən seçilmək iddiasına zərbə vurmaq üçün ciddi iqtisadi tənəzzül arzusunu gizlətmir.

ABŞ-ın hazırkı iqtisadiyyatının onun dövründə gördüyü işlərin sayəsində olduğunu ifadə edən Tramp, "İnanılmaz və çox kövrək bir iqtisadiyyatımız var. Onun indi işləməsinin yeganə səbəbi bizim etdiklərimizdir. İşləyir, amma Tramp administrasiyasının etdiklərinin tüstüsü ilə” - deyib.


ABŞ-da prezident və Konqres seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Seçki öncəsi aparılan sorğuların ictimaiyyətlə paylaşılması davam edir.

"ABC/Washington Post" tərəfindən aparılan son sorğu 2024-cü il prezident seçkiləri üçün Bayden və Tramp arasında hipotetik müqayisənin nəticələrini ortaya qoyub.

Sorğuda iştirakçıların 51 faizi Trampı dəstəkləyib, Bayden isə sələfindən 9 xal geri qalaraq 42 faiz dəstək alıb.

"ABC/Washington Post" tərəfindən fevral ayında keçirilən analoji sorğuda Trampa dəstək yüzdə 48, Baydenə isə 45 faiz olaraq qeydə alınıb.