Özgür Özəldən Lütfü Savaş  açıqlaması: Alternativ tapa bilmədik

Cümhuriyyət Xalq Partiyası (CHP) Hatay Böyükşəhər Bələdiyyə Başçılığına Lütfü Savaşın yenidən namizədliyinin irəli sürülməsini müzakirə edir. 
Sherg.az türk mediasına istinadən  xəbər verir ki, zəlzələ zamanı Savaş həm də bələdiyyə sədri olduğu üçün ciddi tənqidlərə tuş gəlib. Bu tənqidlərə ilk dəfə CHP sədri Özgür Özəl cavab verib. 

''Onun zəlzələdə hansı məsuliyyəti olduğunu bilmirəm. Alternativ tapa bilmədik, kənd yerlərindən çoxlu səs alır” -deyən CHP lideri Özəl də Erdal Beşikçioğlunun Ankara Etimesqutdan namizədliyi ilə bağlı problem olmadığını bildirib.