Səməd Seyidov: Həyatımı millətimiz, xalqımız, gənclərimiz üçün sərf etməkdən qürur duyuram

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Səməd İsmayıl oğlu Seyidov “Şöhrət” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Hisslərini "Sherg.az"la bölüşən millət vəkili Səməd Seyidov bildirib ki, bu yol Ali Baş komandan İlham Əliyevin, Azərbaycanın mustəqilliyinin, inkişafının yoludur:
"Məhz belə bir yolda işləmək, fəaliyyət göstmək böyük bir şərəfdir. Həyatımı millətimiz, xalqımız, gənclərimiz üçün sərf etməkdən qürur duyuram.  Bundan sonrada sözügedən istiqamətdə işlərimizi davam etdirəcəyik. Etdiklərimiz bizim borcumuzdur. Bunun üçün qiymətləndirildiyim üçün dövlət başçısı  İlham Əliyevə minnətdaram. Qalib, azad Azərbaycana xidmət üçün əlimdən gələni hər zaman edəcəyəm".