CHP lideri: Ərdoğanın mənə “Əfəndi" deməsi pis bir şey deyil

"Mən onun səviyyəsinə enmərəm. Deyəcək sözü varsa, təqaüdçülərə  desin"

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri  Özgür Özəl Ankarada Çankaya Bələdiyyəsi tərəfindən istifadəyə verilən Abidin Paşa Köşkü Milli Mübarizə Muzeyinin açılışında iştirak edib. Proqrama keçmiş CHP sədrləri Kamal Kılıçdaroğlu və Hikmət Çətin də qatılıb. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Özəl və Kılıçdaroğlu tədbirdən çıxarkən uzun müddət söhbət ediblər.

Özəl bələdiyyə  seçkiləri ilə bağlı bunları deyib: "31 mart seçkilərində əgər Cümhuriyyət Xalq Partiyasının bələdiyyələrinə səs versəniz, bu cür xalqçı  bələdiyyə başçıları və bu gözəl xidmətlərlə  sizin qəsəbəyə, rayona, şəhərə gələ bilər. Bütün namizədlərimizə zəmanət veririk". 

Özgür Özəl prezident Rəcəb Tayyib Ərdoğanın “Özgür Əfəndi” müraciətini bu sözlərlə dəyərləndirib:

"Özgür Əfəndi deməyi münasib görüb, vallah, "Əfəndi" demək pis bir şey deyil. Aylarla fikirləşib, fikirləşib, "Əfəndi" ləqəbini  tapıbsa bu bizim əfəndiliyimizdəndir.  .Təqaüdçülər onlardan şad xəbər gözləyir. Belə yoxsulluqla baş-başa qalarkən o mənə hansı ləqəb tapacağını düşünür. Mən onun səviyyəsinə enmərəm. "Deyəcək sözü varsa , təqaüdçülərə nəsə desin. Öncə 10 min TL-ni minimum əmək haqqı səviyyəsinə qaldırsın. Bu ən aşağı pensiya olsun, sonra ona cavab verim”.