ATƏT müşahidəçiləri Qəbələdə seçkini izləyir 

116 saylı Qəbələ Dairə Seçki Komissiyasının 59 məntəqəsində 53733 nəfər seçici qeydiyyatdadır.
APA-nın Şirvan bürosu xəbər verir ki, dairə üzrə 3720 nəfər seçici ilk dəfə səs verir. Onlardan 853 nəfərin yaşı 80-dən yuxarıdır. Dairə üzrə ümumilikdə 9 məntəqədə müşahidə kamerası quraşdırılıb. 2 saylı seçki məntəqəsində ATƏT-dən olan müşahidəçilər seçkilərin gedişini müşahidə edirlər.