Azərbaycanda prezident seçkilərində seçici fəallığı 76,73 faiz olub

Azərbaycanda növbədənkənar prezident seçkilərində seçici fəallığı açıqlanıb. 
APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 4 971 032 nəfər səs verib, seçici fəallığı 76,73 faiz olub.
Bildirilib ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsindən 6522-i hesabat verib. 
Qeyd edək ki, növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib, seçkilər saat 19:00-da başa çatıb. 
Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 478 840 nəfərdir.