Murat Kuruma İmamoğludan zəng gəldi: Hamımız demokratik bir yarış arzulayırıq

Türkiyədə martın 31-də keçiriləcək yerli seçkilərə az qalmış bələdiyyə sədrliyinə namizədlər təbliğat  işlərini sürətləndiriblər.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, AK Partiyanın İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədi Murat Kurum İstanbul Haliç Konqres Mərkəzində mətbuat mənsublarına açıqlamalar verib və sualları cavablandırıb.

Murat Kurum, namizədliyi ilk açıqlananda anketlərdə geridə göründüyünü, indi isə 1,4 xal irəlidə olduğunu bildirib.

''Anketlərdə bir çox rayonlarımızda 28 May seçkilərindən üstün bir motivasiya var. Martın 31-də millətimizlə gözəl bir qələbə qeyd edəcəyik”.

Vəzifəyə başlayacağı təqdirdə taksi nömrələrinin sayını artıracağını vəd edən Kurum, “Hər kəs taksi sürə bilməyəcək. Biz İMM Nəqliyyat Koordinasiya Mərkəzi (UKOME) daxilində sürücünü sorğu-sual edə və xal verə biləcəyimiz bir sistem tətbiq edəcəyik. Tüyap-Söğütlüçeşme metrosunu ən qısa zamanda tender edəcəyik” deyə bildirib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun ona zəng etdiyini bildirən Murat Kurum, “Dünən geri dönüş edə bildim. Xoşməramlı arzularımızı bildirdik. Arzumuz budur ki, bu, demokratik bir yarış olsun, nəticədə İstanbul qalib olsun”- deyib.

Zəlzələnin siyasətdən yuxarı görünməsinə çağıran Murat Kurum daha sonra qey edib: “İlk 5 ildə 650 min evi inşaa olunacaq. 10 ildə şəhərdəki riski aradan qaldırmaq üçün addımlar atacağıq. İstanbulda dərin bir cansıxıcılıq hökm sürür. İstanbullular dava-dalaşdan, polemikadan, bəhanələrdən yorulub. Xalq diqqəti gözləyir".