NATO-nun Trampa cavabı: Bu, təhlükəsizliyimizə ziyan vurur

NATO ABŞ-ın keçmiş prezidenti Donald Trampın bəzi alyans ölkələrini hədəf alan şərhlərinə cavab verib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, seçki kampaniyası zamanı Tramp bildirib ki, o, Rusiyanı “çox az pul ödəyən NATO müttəfiqlərinə hücuma” təşviq edəcək.

Keçmiş prezident 2022-ci ilin fevralında Rusiya ilə başlayan müharibədə özünü müdafiə edən Ukraynaya yardıma və ABŞ-ın lazım gəldikdə müdafiə edəcəyini öhdəsinə götürdüyü 31 dövlətdən ibarət NATO-nun mövcudluğuna şübhə etdiyini bildirib.

Ağ Ev bu sözləri "dəhşətli" a,;qlama kimi şərh edib, NATO-dan isə "təhlükəsizlik" açıqlaması gəlib.

NATO-nun baş katibi Yens Stoltenberq deyib:

“Müttəfiqlərin bir-birini müdafiə etməyəcəyinə dair hər hansı bir iddia ABŞ-ın təhlükəsizliyi də daxil olmaqla, bütün təhlükəsizliyimizə zərər vurur və Amerika və Avropa hərbçilərini daha böyük risk altında qoyur”.

Stoltenberq həmçinin bildirib ki, NATO-ya qarşı istənilən hücum vahid və sərt cavabla qarşılanacaq.