Mətbuat Şurasının sədri Akıf Aşırlını təbrik etdi

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının doğum günüdür. Dəyərli həmkarımızın 55 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edirik. 
"Sherg.az" bildirir ki, bu sözləri  Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı, şair Rəşad Məcid öz feysbuk hesabında yazıb.
R.Məcid vurğulayıb ki, Akif Aşırlı müasir Azərbaycan mətbuatının təşəkkülündə və inkişafında böyük xidmətləri olmuş, daim jurnalist peşəsinin təəssübünü çəkmiş qələm dostumuzdur:

"Onun mətbuata bağlılığı təcrübi və nəzəri baxımdan diqqət çəkib. Bu səbəbdən də yubilyar həm gözəl jurnalistdir, həm təşkilatçı, həm də mətbuat tariximizin mahir tədqiqatçısıdır. 
Arzu edirik ki, Akif Aşırlının yaradıcılıq şövqü, elmi fəaliyyəti bundan sonra daha da güclənsin. 55 illik yubileyinin yaşatdığı sevinc və qürur hissi hər zaman onunla olsun. Bir daha təbrik edir, uğurlar arzulayırıq".