Prezident daha 3 sərəncam, 7 fərman imzaladı

Prezident İlham Əliyev “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sherg.az sərəncamın mətnini təqdim edir:

“Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1071 (Cild I) 1-ci hissəsində “2022-ci və 2023-cü” sözləri “2022–2025-ci” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 65 (Cild I) 1.2-ci bəndində “2020–2022-ci” sözləri “2020–2023-cü” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü (hər iki halda), 1.1.6-cı, 1.1.64-cü, 1.1.66-cı, 1.1.68-ci, 1.1.70-ci, 1.1.75-ci, 1.1.80-ci, 1.1.81-ci maddələrində, 4.5-ci maddəsinin ikinci cümləsində, 6.3-cü, 7.1-ci maddələrində, 7.2-ci maddəsinin birinci cümləsində, 7.3-cü, 7.4-cü maddələrində, 7.5-ci maddəsinin birinci cümləsində, 7.6-cı maddəsində, 7.7-ci maddəsinin ikinci cümləsində, 8.1-ci, 8.2-ci (hər iki halda), 8.4-cü, 9.2-ci, 9.3-cü, 10.2–10.4-cü, 10.5-ci (hər iki halda) maddələrində, 10.6-cı maddəsinin birinci cümləsində, 10.7-ci, 10.9–10.11-ci maddələrində, 10.13-cü maddəsinin birinci və ikinci cümlələrində, 10.14-cü, 10.15-ci, 11.1-ci, 11.3-cü, 11.4-cü (hər iki halda), 11.5-ci (hər iki halda), 11.6-cı, 12.1-ci maddələrində, 12.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 13.1-ci (hər iki halda), 13.3-cü (hər iki halda), 14.1-ci, 14.2-ci, 15.2-ci, 15.3-cü, 16.1–16.4-cü, 17.1-ci, 17.4-cü, 17.5-ci, 17.7–17.10-cu, 18.2-ci, 18.6-cı, 18.7-ci, 19.2-ci, 21.3-cü, 21.4-cü maddələrində, 21.5-ci maddəsinin birinci cümləsində, 22.2-ci, 23.2-ci, 23.3-cü, 23.4-cü (hər iki halda), 23.5-ci, 23.6-cı maddələrində, 24.1-ci maddəsinin ikinci cümləsində, 24.2–24.4-cü maddələrində, 25.1-ci və 25.2-ci maddələrinin ikinci cümlələrində, 25.5-ci, 25.6-cı (hər iki halda), 25.7-ci, 25.8-ci, 26.1-ci, 26.2-ci maddələrində, 27.1-ci maddəsinin ikinci cümləsində, 27.4-cü, 28.4.2-ci (hər iki halda), 28.4.3-cü maddələrində, 29.1–29.4-cü maddələrinin ikinci cümlələrində (hər iki halda), 29.5-ci maddəsinin ikinci cümləsində, 29.6-cı, 30-cu maddələrində, 31.1-ci maddəsinin birinci cümləsində, 31.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 31.3-cü, 32.1-ci (hər iki halda), 32.2-ci, 33.1-ci, 33.2-ci (hər iki halda), 33.3-cü maddələrində, 35.1-ci maddəsinin birinci abzasında, 35.1.8-ci maddəsində, 36.4-cü maddəsinin ikinci cümləsində, 37.1-ci, 37.5-ci, 37.6-cı, 38-ci, 39.3-cü, 40-cı, 41.1–41.3-cü, 43.1-ci, 43.4-cü, 43.6-cı, 43.7-ci (hər iki halda), 44.1–44.4-cü, 44.6-cı (hər iki halda), 45.1-ci, 45.4-cü, 46.1-ci, 46.2-ci, 47.1-ci, 47.2-ci maddələrində, 47.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 47.6-cı maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 47.7-ci, 47.10-cu, 47.11-ci maddələrində, 48.1-ci maddəsinin ikinci cümləsində, 48.4-cü, 49.3-cü, 50.2-ci, 54.1-ci, 55.1-ci maddələrində, 55.2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 56.1-ci, 56.2-ci, 56.5-ci, 56.7-ci, 56.8-ci, 57.3-cü (hər iki halda), 57.4-cü, 57.5-ci maddələrində, 57.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 58.1–58.4-cü maddələrində, 58.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 58.6-cı, 58.7-ci (hər iki halda), 60.1-ci, 60.2-ci (hər iki halda), 60.5-ci, 60.7–60.12-ci, 61.1-ci, 61.2-ci, 62.1-ci (hər iki halda), 62.3-cü, 63.2-ci, 65.6-cı, 65.9-cu və 66.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 43.1-ci, 44.1-ci və 45.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 1.1.4-cü (birinci halda) maddəsində, 4.5-ci və 7.7-ci maddələrinin ikinci cümlələrində, 8.2-ci (birinci halda), 9.3-cü, 10.2-ci, 10.3-cü, 10.5-ci (birinci halda), 10.11-ci maddələrində, 10.13-cü maddəsinin birinci və ikinci cümlələrində, 11.1-ci, 11.4-cü (ikinci halda) maddələrində, 12.3-cü maddəsinin ikinci cümləsində, 14.2-ci, 15.2-ci, 15.3-cü, 17.1-ci, 17.5-ci, 17.7-ci, 18.7-ci, 21.4-cü, 22.2-ci, 23.3-cü, 23.4-cü (ikinci halda), 23.6-cı, 24.3-cü, 24.4-cü maddələrində, 25.1-ci və 25.2-ci maddələrinin ikinci cümlələrində, 25.5-ci, 25.7-ci, 25.8-ci, 26.2-ci maddələrində, 27.1-ci maddəsinin ikinci cümləsində, 27.4-cü maddəsində, 29.1–29.4-cü maddələrinin ikinci cümlələrində (birinci halda), 29.5-ci maddəsinin ikinci cümləsində, 30-cu maddəsində, 31.2-ci maddəsinin ikinci cümləsində, 31.3-cü, 32.1-ci (birinci halda), 33.2-ci (birinci halda), 37.5-ci, 37.6-cı, 39.3-cü, 40-cı, 41.3-cü, 43.6-cı, 43.7-ci (ikinci halda), 44.6-cı (ikinci halda), 46.2-ci maddələrində, 47.4-cü maddəsinin birinci cümləsində, 47.6-cı maddəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində, 47.7-ci, 47.10-cu maddələrində, 48.1-ci maddəsinin ikinci cümləsində, 48.4-cü, 49.3-cü, 50.2-ci, 56.2-ci, 56.5-ci, 56.7-ci, 56.8-ci maddələrində, 57.6-cı maddəsinin ikinci cümləsində, 58.1-ci, 58.3-cü, 60.1-ci, 60.2-ci (birinci halda), 60.5-ci, 62.1-ci (birinci halda), 65.6-cı, 65.9-cu və 66.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 1.1.70-ci və 46.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur;

1.5. həmin Qanunun 6.3-cü (mülki aviasiyaya münasibətdə) maddəsində, 24.1-ci maddəsinin ikinci cümləsində, 28.4.2-ci (birinci halda) maddəsində, 36.4-cü maddəsinin ikinci cümləsində, 38-ci, 41.1-ci maddələrində, 47.4-cü maddəsinin ikinci cümləsində və 55.1-ci (mülki aviasiyaya münasibətdə) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 6.3-cü (dövlət aviasiyasına münasibətdə), 7.4-cü, 55.1-ci (dövlət aviasiyasına münasibətdə), 56.1-ci (dövlət aviasiyasına münasibətdə) və 57.3-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Qanunun 7.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla) nəzərdə tutulur;

1.8. həmin Qanunun 9.2-ci və 54.1-ci maddələrində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.9. həmin Qanunun 10.4-cü, 10.5-ci (ikinci halda) maddələrində, 10.6-cı maddəsinin birinci cümləsində, 10.7-ci 10.14-cü, 10.15-ci və 11.5-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə mülki hava limanlarına və ya aerodromlarına münasibətdə Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, hərbi hava limanlarına və ya aerodromlarına münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur;

1.10. həmin Qanunun 11.5-ci (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

1.11. həmin Qanunun 19.2-ci, 26.1-ci və 58.2-ci maddələrində “orqan (qurum)” dedikdə mülki aviasiyaya münasibətdə Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, dövlət aviasiyasına münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur;

1.12. həmin Qanunun 1.1.4-cü (ikinci halda), 1.1.6-cı, 1.1.75-ci, 1.1.80-ci, 1.1.81-ci, 7.1-ci maddələrində, 7.2-ci maddəsinin birinci cümləsində, 7.5-ci maddəsinin birinci cümləsində, 7.6-cı, 14.1-ci, 16.4-cü, 18.6-cı, 21.3-cü maddələrində, 21.5-ci maddəsinin birinci cümləsində, 23.2-ci, 23.4-cü (birinci halda), 23.5-ci, 24.2-ci, 25.6-cı (hər iki halda), 28.4.2-ci (ikinci halda), 28.4.3-cü maddələrində, 29.1–29.4-cü maddələrinin ikinci cümlələrində (ikinci halda), 29.6-cı maddəsində, 31.1-ci maddəsinin birinci cümləsində, 31.2-ci maddəsinin birinci cümləsində, 32.1-ci (ikinci halda), 32.2-ci, 33.1-ci, 33.2-ci (ikinci halda), 33.3-cü maddələrində, 35.1-ci maddəsinin birinci abzasında, 35.1.8-ci, 37.1-ci, 41.2-ci, 43.4-cü, 43.7-ci (birinci halda), 44.2–44.4-cü, 44.6-cı (birinci halda), 45.4-cü, 47.1-ci, 47.2-ci, 47.11-ci, 56.1-ci (mülki aviasiyaya münasibətdə), 57.3-cü (ikinci halda), 57.5-ci, 58.4-cü maddələrində, 58.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 58.6-cı və 58.7-ci (hər iki halda) maddələrində “orqan (qurum)” dedikdə Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.3. həmin Qanunun 1.1.64-cü, 1.1.66-cı, 1.1.68-ci, 8.1-ci, 8.2-ci (ikinci halda), 8.4-cü, 10.9-cu, 10.10-cu, 11.3-cü, 11.4-cü (birinci halda), 11.6-cı, 12.1-ci maddələrində, 12.3-cü maddəsinin birinci cümləsində, 13.1-ci (hər iki halda), 13.3-cü (hər iki halda), 16.1–16.3-cü, 17.4-cü, 17.8–17.10-cu, 18.2-ci maddələrində, 47.6-cı maddəsinin birinci cümləsində (ikinci halda), 55.2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 57.4-cü maddəsində, 57.6-cı maddəsinin birinci cümləsində, 60.2-ci (ikinci halda), 60.7–60.12-ci, 61.1-ci, 61.2-ci, 62.1-ci (ikinci halda), 62.3-cü və 63.2-ci maddələrində nəzərdə tutulmuş “orqan (qurum)” barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.4. həmin Qanunun 6.3-cü maddəsinə uyğun olaraq, eksperimental aviasiya üzrə dövlət siyasətini, tənzimləməsini və nəzarəti həyata keçirən “orqan (qurum)” barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramı ilə bağlı təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. aşağıdakı normativ hüquqi aktları doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.3.1. həmin Qanunun 1.1.4-cü və 11.1-ci maddələrinə uyğun olaraq, aerodromyanı ərazi hüdudlarında torpaq sahəsinin və daşınmaz əmlakın istifadəsinə, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin həyata keçirilməsinə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi qaydasını;

2.3.2. həmin Qanunun 7.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi qaydasını;

2.3.3. həmin Qanunun 8.2-ci maddəsinə uyğun olaraq, uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşun davamına icazə verilməsi qaydasını;

2.3.4. həmin Qanunun 9.3-cü maddəsinə uyğun olaraq, xidmət təminatçıları tərəfindən göstərilən hava limanları xidmətlərinə və aeronaviqasiya xidmətlərinə görə yığımların məbləğinin hesablanması qaydasını;

2.3.5. həmin Qanunun 10.2-ci, 10.3-cü maddələrinə və 10.13-cü maddəsinin birinci cümləsinə uyğun olaraq, mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması qaydalarını;

2.3.6. həmin Qanunun 10.5-ci və 10.11-ci maddələrinə uyğun olaraq, hava limanları və (və ya) aerodromların layihələndirilməsi və istismarına dair tələbləri;

2.3.7. həmin Qanunun 11.4-cü maddəsinə uyğun olaraq, hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi qaydasını;

2.3.8. həmin Qanunun 12.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, aviasiyanın ətraf mühitə təsirinin azaldılması qaydasını;

2.3.9. həmin Qanunun 14.2-ci maddəsinə uyğun olaraq, helikopter meydançalarının layihələndirilməsinə, tikintisinə və texniki göstəricilərinə dair digər tələbləri;

2.3.10. həmin Qanunun 17.5-ci maddəsinə uyğun olaraq, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibini və fəaliyyət qaydasını;

2.3.11. həmin Qanunun 21.4-cü maddəsinə uyğun olaraq, hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması qaydasını;

2.3.12. həmin Qanunun 23.3-cü, 23.4-cü və 23.6-cı maddələrinə uyğun olaraq, mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması qaydalarını;

2.3.13. həmin Qanunun 24.3-cü maddəsinə uyğun olaraq, mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilatların sertifikatlaşdırılması qaydasını;

2.3.14. həmin Qanunun 24.4-cü maddəsinə uyğun olaraq, mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılması qaydasını;

2.3.15. həmin Qanunun 25.1-ci maddəsinin ikinci cümləsinə, 25.7-ci və 26.2-ci maddələrinə uyğun olaraq, aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydalarını;

2.3.16. həmin Qanunun 25.8-ci, 27.4-cü və 30-cu maddələrinə uyğun olaraq, aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması qaydalarını, habelə heyət üzvünün hava gəmisinin bortunda vəzifəsini icra etməsinə yol verməyən xəstəliklərin siyahısını;

2.3.17. həmin Qanunun 29.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın verilməsi qaydasını;

2.3.18. həmin Qanunun 29.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması qaydasını;

2.3.19. həmin Qanunun 33.2-ci maddəsinə uyğun olaraq, digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydasını;

2.3.20. həmin Qanunun 37.5-ci və 37.6-cı maddələrinə uyğun olaraq, uçuş əməliyyatlarının, o cümlədən xüsusi şəraitlərdə uçuş əməliyyatlarının və bu sahədə nəzarətin həyata keçirilməsi qaydasını;

2.3.21. həmin Qanunun 39.3-cü və 40-cı maddələrinə uyğun olaraq, hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi qaydalarını;

2.3.22. həmin Qanunun 41.3-cü maddəsinə uyğun olaraq, uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi qaydasını;

2.3.23. həmin Qanunun 43.6-cı maddəsinə uyğun olaraq, hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısını;

2.3.24. həmin Qanunun 43.7-ci və 44.6-cı maddələrinə uyğun olaraq, müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə və ya uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə qaydalarını;

2.3.25. həmin Qanunun 46.2-ci maddəsinə uyğun olaraq, hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi qaydalarını;

2.3.26. həmin Qanunun 47.4-cü maddəsinin birinci cümləsinə uyğun olaraq, təhlükəli yüklərin mülki hava gəmilərində daşınması qaydalarını;

2.3.27. həmin Qanunun 47.6-cı maddəsinin birinci cümləsinə uyğun olaraq, hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına icazə verilməsi qaydasını;

2.3.28. həmin Qanunun 48.4-cü maddəsinə uyğun olaraq, kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi qaydalarını;

2.3.29. həmin Qanunun 56.5-ci maddəsinə uyğun olaraq, hava məkanından istifadə və uçuş qaydalarını;

2.3.30. həmin Qanunun 58.1-ci maddəsinə uyğun olaraq, hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılması qaydasını;

2.3.31. həmin Qanunun 60.1-ci, 60.2-ci və 60.5-ci maddələrinə uyğun olaraq, mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi qaydalarını;

2.3.32. həmin Qanunun 62.1-ci maddəsinə uyğun olaraq, daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarları;

2.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin ikinci cümləsində, 25.5-ci maddəsində, 27.1-ci maddəsinin ikinci cümləsində və 58.3-cü maddəsində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədilə bu Fərmanın 2.3.15-ci yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:

3.1. hava gəmilərinin uçuş və kabinə heyətləri, aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinə şəhadətnamələrin verilməsi, o cümlədən müvafiq təlim və tibbi yoxlamadan keçirilmə qaydası;

3.2. mülki hava gəmilərinin istismara buraxılışını təsdiq edən personala texniki xidmət üzrə şəhadətnamənin alınması qaydası;

3.3. hava daşımalarına cəlb edilən hava gəmisinin heyət üzvlərinə şəhadətnamənin verilməsi qaydası;

3.4. hava hərəkəti dispetçeri şəhadətnaməsinin verilməsi qaydası.

4. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2–29.4-cü maddələrinin ikinci cümlələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədilə bu Fərmanın 2.3.17-ci yarımbəndində göstərilən qaydada aşağıdakılar da əksini tapmalıdır:

4.1. aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinə, onlara təlim keçən təşkilatlara, onların bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın verilməsi qaydası;

4.2. mülki hava gəmilərinin istismara buraxılışını təsdiq edən personala ilkin texniki və hava gəmisinin növü üzrə təlimlər, eləcə də bu təlimlər üzrə imtahan keçirən və sertifikat verən təşkilatlara sertifikatın verilməsi qaydası;

4.3. uçuşu imitasiya edən təlim qurğularına sertifikatın verilməsi qaydası.

5. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 47.7-ci və 47.10-cu maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədilə bu Fərmanın 2.3.26-cı yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:

5.1. təhlükəli yüklərin hava yolu ilə daşınmasında iştirak edən personalın hazırlığının keçirilməsi qaydaları;

5.2. hava gəmisinin sərnişin salonunda, yük və baqaj bölmələrində daşınmasına yol verilən təhlükəli yüklərin siyahısı.

6. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin ikinci cümləsində, 49.3-cü, 50.2-ci, 65.6-cı, 65.9-cu və 66.2-ci maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədilə bu Fərmanın 2.3.28-ci yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:

6.1. hava daşımaları üzrə sərnişin və ya yük daşıma müqavilələrinin rəsmiləşdirilməsi, daşıma sənədlərinin forması və tərtib edilməsi qaydası;

6.2. sərnişinlərin, həmçinin baqajın, yükün, poçt göndərişlərinin hava daşınması üzrə xidmətlərin göstərilməsi zamanı istifadə olunan sənədlərin siyahısı;

6.3. sərnişin hava daşımasından imtina etdiyi təqdirdə, hava daşıması üçün ödənilmiş daşıma haqqının geri qaytarılması qaydası;

6.4. Azərbaycan Respublikasının daxili daşımalarında Azərbaycan Respublikasına mənsub olan daşıyıcılar tərəfindən daşımaya qəbul edilən, dəyəri bəyan olunmadan qeydiyyata alınmış baqaja və ya yükə görə daşıyıcının məsuliyyət həddi;

6.5. hava daşımaları ilə əlaqədar sərnişinlərə, baqaja və yükə vurulan zərərə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydası;

6.6. istismarçı tərəfindən hava gəmisinin istismarı ilə əlaqədar hava gəmisi ilə daşınmayan üçüncü şəxslərə və ya onların əmlakına vurulan zərərin ödənişinin həyata keçirilməsi qaydası.

7. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 56.2-ci, 56.7-ci, 56.8-ci maddələrində və 57.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədilə bu Fərmanın 2.3.29-cu yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:

7.1. uçuş əməliyyatları üçün istifadə edilməzdən əvvəl hava məkanının strukturlarının layihələndirilməsi qaydası;

7.2. hava məkanının mülki hava gəmilərinin hava hərəkətinə nəzarət edilən hissəsində dövlət aviasiyasına mənsub hava gəmilərinin ümumi hava hərəkəti qaydaları;

7.3. Azərbaycan Respublikasının hava məkanının hüdudlarında hava hərəkətinə idarəetmə xidməti göstərilən müəyyən ölçülü hava məkanının təsnifatının tənzimlənməsi qaydası;

7.4. uçuşların təhlükəsizliyinin meteoroloji təminatının həyata keçirilməsi qaydası.

8. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

8.1. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

8.1.1. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, xidmət təminatçılarına mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı göstərilən xidmətlərə görə xidmət haqqı məbləğlərini;

8.1.2. həmin Qanunun 24.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması qaydasını;

8.1.3. həmin Qanunun 28.4.2-ci maddəsinə uyğun olaraq, kapitan (komanda verən pilot) tərəfindən obyektiv səbəblərdən öz vəzifələrini yerinə yetirə bilmədikdə, uçuş başa çatdıqdan sonra bu halla bağlı bütün məlumatların təqdim edilməsi qaydasını;

8.1.4. həmin Qanunun 36.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılması və kənar müdaxilədən mühafizə edilməsi qaydasını;

8.1.5. həmin Qanunun 38-ci maddəsinə uyğun olaraq, uçuş əməliyyatlarına hazırlıq qaydasını;

8.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

9. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 716 (Cild I) ləğv edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1069-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.3-cü, 307.4-cü (hər iki halda) və 307.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 307.4-cü maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 152.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (kiçikhəcmli gəmilərə münasibətdə) və Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (digər gəmilərə münasibətdə) nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 307.4-cü (birinci halda) və 307.5-ci maddələrində “orqan (qurum)” dedikdə Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.

2. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bəndə “150.13-1,” rəqəmlərindən sonra “152.3,” rəqəmləri, “275.2,” rəqəmlərindən sonra “307.4 (hər iki halda), 307.5,” sözləri əlavə edilsin;

2.2. 4.3-cü bənddən “, 307.4-cü” sözləri çıxarılsın;

2.3. 4.3-1-ci bəndə “162-1.1-ci,” sözlərindən sonra “307.4-cü (ikinci halda),” sözləri əlavə edilsin;

2.4. 4.18-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.18. həmin Məcəllənin 152.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (kiçikhəcmli gəmilərə münasibətdə) və Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (digər gəmilərə münasibətdə) nəzərdə tutulur;”;

2.5. aşağıdakı məzmunda 4.18-1-ci bənd əlavə edilsin:

“4.18-1. həmin Məcəllənin 307.4-cü (birinci halda) və 307.5-ci maddələrində “orqan (qurum)” dedikdə Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1069-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini hərbi qulluqçunun xidmət yerinə müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirlər;

1.2. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin 150-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini hərbi qulluqçunun xidmət yerinə müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 176 (Cild I) 2-ci hissəsinin iyirminci abzasına “Qanunun” sözündən sonra “150-ci maddəsinin birinci hissəsində və” sözləri əlavə edilsin.

4. Bu Fərman 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

***

Prezident İlham Əliyev “Bakı Bus” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2550 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. “Bakı Bus” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2550 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 255 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.1.2. Cəmiyyətin Müşahidə Şurası üzvlərinin, o cümlədən rəhbərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;”;

1.2. 2.2.9-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.3-cü bənd əlavə edilsin:

“2.3. Cəmiyyətin icra orqanının üzvlərini, o cümlədən rəhbərini Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1023 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 4.7.19-1-ci yarımbənd əlavə edilsin:

“4.7.19-1. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda, dövlət müəssisələrinin icra orqanının üzvlərini, o cümlədən rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;”.

***

Prezident İlham Əliyev “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 927-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326 (Cild I) ilə təsdiq edilmiş Əlavə 2 – “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”na aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin:

12-1.

Kosmik obyektlər

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndə “hökumət,” sözündən sonra “kosmik fəaliyyət,” sözləri əlavə edilsin;

2.2. 2-ci hissə üzrə:

2.2.1. 2.0.10-cu yarımbəndə “poçtun,” sözündən sonra “peyk xidmətlərinin, kosmik fəaliyyətin və” sözləri əlavə edilsin;

2.2.2. 2.0.14-cü yarımbəndə “aidiyyəti” sözündən əvvəl “kosmik texnologiyaların, habelə” sözləri əlavə edilsin;

2.3. 3-cü hissə üzrə:

2.3.1. 3.0.18-1-ci yarımbənd 3.0.18-6-cı yarımbənd hesab olunsun və aşağıdakı məzmunda 3.0.18-1‒3.0.18-5-ci yarımbəndlər əlavə edilsin:

“3.0.18-1. tabeliyindəki qurum vasitəsilə BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri üçün İstifadəsi üzrə Komitəsi və kosmik fəaliyyət sahəsində digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, onların işində iştirak etmək;

3.0.18-2. “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada orbital mövqelər, onlarla əlaqədar radiotezliklər, habelə peyk şəbəkələrini kosmik operatorlarla birgə koordinasiya etmək;

3.0.18-3. Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun (onun səlahiyyətləndirdiyi xarici hüquqi şəxsin) istismar etdiyi xarici kosmik obyektdən Azərbaycan Respublikasında birbaşa yer stansiyası vasitəsilə qəbulu milli kosmik operator tərəfindən həyata keçirilən ilkin informasiyaların göstəricilərini təsdiq etmək;

3.0.18-4. Azərbaycan Respublikasının, habelə xarici ölkələrin telekommunikasiya peykləri vasitəsilə ölkə daxilində və ölkə xaricində peyk sistemlərini və telekommunikasiya peyk şəbəkələrini tabeliyindəki qurum vasitəsilə təşkil etmək;

3.0.18-5. Kosmik fəzada milli fəaliyyətin əlaqələndirilməsini və həmin fəaliyyətə texniki nəzarəti tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;”;

2.3.2. aşağıdakı məzmunda 3.0.32-1-ci, 3.0.47-1-ci və 3.0.96-1-ci yarımbəndlər əlavə edilsin:

“3.0.32-1. kosmik obyektlərin tikintisinə icazə verilməsinə dair rəy vermək;”;

“3.0.47-1. kosmik obyektlərin dövlət qeydiyyatını həyata keçirmək və reyestrini aparmaq;”;

“3.0.96-1. kosmik fəaliyyət sahəsində tənzimləməni və nəzarəti həyata keçirmək;”.

3. “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1326 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 331 (Cild I) 3.1-ci bəndində “həyata keçirən,” sözləri “və ”Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq milli kosmik operator funksiyalarını həyata keçirən, habelə” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1070-VIQD nömrəli Qanununun tətbiqi və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinin ikinci cümləsində, 4.1-ci, 4.2-ci maddələrində, 5.1-ci maddəsinin birinci cümləsində, 6.1-ci (hər iki halda) maddəsində, 6.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.1-ci, 7.3-cü, 7.4-cü, 8.4-cü maddələrində, 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 9.5-ci, 10-cu, 11.1-ci maddələrində, 11.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 12.1-ci, 12.2-ci (hər iki halda), 12.4-cü, 13.1–13.3-cü, 13.6.1–13.6.3-cü, 15.2-ci, 15.3-cü, 20.6-cı, 23.1-ci maddələrində, 23.2-ci və 28.1-ci maddələrinin ikinci cümlələrində və 29.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 4.1-ci maddəsində, 5.1-ci maddəsinin birinci cümləsində, 6.1-ci (ikinci halda), 7.1-ci maddələrində, 9.2-ci maddəsinin ikinci cümləsində, 9.5-ci, 10-cu, 11.1-ci maddələrində, 11.2-ci maddəsinin ikinci cümləsində, 12.4-cü, 13.1-ci, 13.3-cü, 15.2-ci, 20.6-cı, 23.1-ci maddələrində, 23.2-ci və 28.1-ci maddələrinin ikinci cümlələrində və 29.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 4.2-ci və 12.2-ci (hər iki halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 12.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 13.6.2-ci maddəsində “orqanlar (qurumlar)” dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 15.3-cü maddəsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Qanunun 2.2-ci maddəsinin ikinci cümləsində, 6.1-ci (birinci halda) maddəsində, 6.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.3-cü, 7.4-cü, 8.4-cü maddələrində, 9.2-ci maddəsinin birinci cümləsində, 11.2-ci maddəsinin birinci cümləsində, 13.2-ci, 13.6.1-ci və 13.6.3-cü maddələrində “orqan (qurum)” dedikdə Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1070-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 474 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1-ci bənddə “3.1.2-ci və 5.4-cü maddələrində, 28.1-ci maddəsinin ikinci cümləsində” sözləri “2.2-ci maddəsinin ikinci cümləsində, 3.1.2-ci, 4.1-ci, 4.2-ci maddələrində, 5.1-ci maddəsinin birinci cümləsində, 5.4-cü, 6.1-ci (hər iki halda) maddələrində, 6.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.1-ci, 7.3-cü, 7.4-cü, 8.4-cü maddələrində, 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 9.5-ci, 10-cu, 11.1-ci maddələrində, 11.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 12.1-ci, 12.2-ci (hər iki halda), 12.4-cü, 13.1–13.3-cü, 13.6.1–13.6.3-cü, 15.2-ci, 15.3-cü, 20.6-cı, 23.1-ci maddələrində, 23.2-ci və 28.1-ci maddələrinin ikinci cümlələrində və 29.2-ci maddəsində” sözləri ilə əvəz edilsin;

3.2. 3.2-ci bənddə “maddəsinin ikinci cümləsində və 29.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir” sözləri “və 28.1-ci maddələrinin ikinci cümlələrində və 29.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;

3.3. 3.2-1-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

3.4. 3.3-cü bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi həyata keçirir” sözləri “orqan (qurum)” dedikdə Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;

3.5. 3.4-cü bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir” sözləri “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;

3.6. 3.4-1-ci bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir” sözləri “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;

3.7. 3.5-ci bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, öz” sözləri “orqan (qurum) dedikdə” sözləri ilə və “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;

3.8. 3.6-cı bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə və “həyata keçirir” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1066-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 2.5-1-ci (hər iki halda), 4.1–4.3-cü, 4.4-cü (hər iki halda), 5.1-ci maddələrində, 5.2-ci maddəsinin birinci abzasında, 8.2-ci maddəsinin birinci abzasında, 9.2-ci maddəsində, 12.1-ci maddəsinin birinci abzasında, 15.3-cü, 16.3-cü, 16.4-cü, 20-ci, 22.6-cı (hər iki halda) maddələrində, 22.7-ci maddəsinin birinci abzasında, 22.8-ci, 26.5-ci (hər iki halda), 27.1-ci, 27.2-ci, 29.2-ci, 30.3.1-ci maddələrində, 36.2-ci maddəsinin birinci cümləsində, 43-cü, 44.1–44.4-cü maddələrində, 45-ci maddəsinin ikinci cümləsində, 47.2-ci, 48.5-ci, 49.2-ci, 49.3-cü maddələrində, 61-ci maddəsinin adında, 61.1-ci maddəsində, 61.2-ci maddəsinin birinci cümləsində, 61.4-cü maddəsində, 61.5-ci maddəsinin birinci abzasında (hər iki halda), 62-ci maddəsinin adında, 62.1-ci maddəsinin birinci abzasında, 62.1.8-ci, 63.1–63.4-cü maddələrində, 64.1-ci maddəsinin ikinci cümləsində, 65-ci, 67.1–67.3-cü, 68-ci, 69.1–69.3-cü maddələrində, 83.4-cü və 89-cu maddələrinin birinci və ikinci cümlələrində, 142.2-ci, 182.1-ci maddələrində, 182.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 256.4-cü, 265.4-cü və 275.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 4.4-cü (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 2.5-1-ci (ikinci halda), 16.3-cü, 22.6-cı (ikinci halda), 26.5-ci (ikinci halda), 44.1-ci, 47.2-ci maddələrində, 62.1.8-ci, 63.4-cü, 67.1-ci, 142.2-ci, 182.1-ci maddələrində, 182.2-ci maddəsinin ikinci cümləsində və 256.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 4.2-ci, 43-cü, 69.1-ci, 69.3-cü maddələrində, 83.4-cü maddəsinin birinci cümləsində və 265.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 4.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 20-ci, 27.2-ci və 275.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Məcəllənin 45-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

1.8. həmin Məcəllənin 61.5-ci maddəsinin birinci abzasında (ikinci halda) “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.9. həmin Məcəllənin 83.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

1.10. həmin Məcəllənin 2.5-1-ci (birinci halda), 4.1-ci, 5.1-ci maddələrində, 5.2-ci və 8.2-ci maddələrinin birinci abzaslarında, 9.2-ci maddəsində, 12.1-ci maddəsinin birinci abzasında, 15.3-cü, 16.4-cü, 22.6-cı (birinci halda) maddələrində, 22.7-ci maddəsinin birinci abzasında, 22.8-ci, 26.5-ci (birinci halda), 27.1-ci, 29.2-ci, 30.3.1-ci maddələrində, 36.2-ci maddəsinin birinci cümləsində, 44.2–44.4-cü, 48.5-ci, 49.2-ci, 49.3-cü maddələrində, 61-ci maddəsinin adında, 61.1-ci maddəsində, 61.2-ci maddəsinin birinci cümləsində, 61.4-cü maddəsində, 61.5-ci maddəsinin birinci abzasında (birinci halda), 62-ci maddəsinin adında, 62.1-ci maddəsinin birinci abzasında, 63.1–63.3-cü maddələrində, 64.1-ci maddəsinin ikinci cümləsində, 65-ci, 67.2-ci, 67.3-cü, 68-ci, 69.2-ci maddələrində, 89-cu maddəsinin birinci və ikinci cümlələrində və 182.2-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.11. həmin Məcəllənin 4.4-cü maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən onun strukturuna daxil olan qurumlar nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 2.5-1-ci maddəsinə uyğun olaraq, dəniz əməliyyatları bazasının reyestrinin aparılması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1066-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

3.1. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq, Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə haqqın məbləğlərini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1066-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 478 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 2.5-ci, 2.5-1-ci (hər iki halda), 4.1–4.3-cü, 4.4-cü (hər iki halda), 5.1-ci maddələrində, 5.2-ci maddəsinin birinci abzasında, 8.2-ci maddəsinin birinci abzasında, 9.2-ci maddəsində, 12.1-ci maddəsinin birinci abzasında, 15.3-cü, 16.3-cü, 16.4-cü, 20-ci, 22.6-cı (hər iki halda) maddələrində, 22.7-ci maddəsinin birinci abzasında, 22.8-ci, 26.5-ci (hər iki halda), 27.1-ci, 27.2-ci, 29.2-ci, 30.3.1-ci maddələrində, 36.2-ci maddəsinin birinci cümləsində, 43-cü, 44.1–44.4-cü maddələrində, 45-ci maddəsinin ikinci cümləsində, 47.2-ci, 48.5-ci, 49.2-ci, 49.3-cü maddələrində, 61-ci maddəsinin adında, 61.1-ci maddəsində, 61.2-ci maddəsinin birinci cümləsində, 61.4-cü maddəsində, 61.5-ci maddəsinin birinci abzasında (hər iki halda), 62-ci maddəsinin adında, 62.1-ci maddəsinin birinci abzasında, 62.1.8-ci, 63.1–63.4-cü maddələrində, 64.1-ci maddəsinin ikinci cümləsində, 65-ci, 67.1–67.3-cü, 68-ci, 69.1–69.3-cü maddələrində, 83.4-cü və 89-cu maddələrinin birinci və ikinci cümlələrində, 142.2-ci, 182.1-ci maddələrində, 182.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 256.4-cü, 265.4-cü və 275.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Məcəllənin 4.4-cü (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.3. həmin Məcəllənin 42.2-ci və 61.2-ci maddələrinin ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Məcəllənin 2.5-1-ci (ikinci halda), 16.3-cü, 22.6-cı (ikinci halda), 26.5-ci (ikinci halda), 44.1-ci, 47.2-ci maddələrində, 62.1.8-ci, 63.4-cü, 67.1-ci, 142.2-ci, 182.1-ci maddələrində, 182.2-ci maddəsinin ikinci cümləsində və 256.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.5. həmin Məcəllənin 13.2-ci, 14.2-ci, 18.2-ci, 22.4-cü və 25.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;

2.6. həmin Məcəllənin 18.3-cü və 22.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.7. həmin Məcəllənin 4.2-ci, 43-cü, 69.1-ci, 69.3-cü maddələrində, 83.4-cü maddəsinin birinci cümləsində və 265.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.8. həmin Məcəllənin 4.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur;

2.9. həmin Məcəllənin 20-ci, 27.2-ci və 275.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

2.10. həmin Məcəllənin 45-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

2.11. həmin Məcəllənin 61.5-ci maddəsinin birinci abzasında (ikinci halda) “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.12. həmin Məcəllənin 83.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

2.13. həmin Məcəllənin 2.5-ci maddəsində “orqan (qurum)” dedikdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə Azərbaycan İnvestisiya Holdinqi, digər limanlara münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.14. həmin Məcəllənin 2.5-1-ci (birinci halda), 4.1-ci, 5.1-ci maddələrində, 5.2-ci və 8.2-ci maddələrinin birinci abzaslarında, 9.2-ci maddəsində, 12.1-ci maddəsinin birinci abzasında, 15.3-cü, 16.4-cü, 22.6-cı (birinci halda) maddələrində, 22.7-ci maddəsinin birinci abzasında, 22.8-ci, 26.5-ci (birinci halda), 27.1-ci, 29.2-ci, 30.3.1-ci maddələrində, 36.2-ci maddəsinin birinci cümləsində, 44.2–44.4-cü, 48.5-ci, 49.2-ci, 49.3-cü maddələrində, 61-ci maddəsinin adında, 61.1-ci maddəsində, 61.2-ci maddəsinin birinci cümləsində, 61.4-cü maddəsində, 61.5-ci maddəsinin birinci abzasında (birinci halda), 62-ci maddəsinin adında, 62.1-ci maddəsinin birinci abzasında, 63.1–63.3-cü maddələrində, 64.1-ci maddəsinin ikinci cümləsində, 65-ci, 67.2-ci, 67.3-cü, 68-ci, 69.2-ci maddələrində, 89-cu maddəsinin birinci və ikinci cümlələrində və 182.2-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.15. həmin Məcəllənin 4.4-cü maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən onun strukturuna daxil olan qurumlar nəzərdə tutulur.”.

5. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 506 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1053 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

6. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 583 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 465 (Cild I) 2-ci hissəsindən “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 28.4-cü maddəsində,” sözləri çıxarılsın.

7. “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1106 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 3.1-ci bənddən “(naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı)” sözləri çıxarılsın;

7.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi” üzrə:

7.2.1. 1.1-ci, 2.1.11-ci və 3.1.22-ci yarımbəndlərdən “(naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı)” sözləri çıxarılsın;

7.2.2. 3.1.15-ci yarımbənddə “və limanlar” sözləri “, limanlar və dəniz əməliyyatları bazaları” sözləri ilə əvəz edilsin;

7.2.3. aşağıdakı məzmunda 3.1.45-1-ci yarımbənd əlavə edilsin:

“3.1.45-1. dəniz əməliyyatları bazalarının reyestrinin aparılmasını təmin etmək;”;

7.2.4. 3.2.5-ci yarımbəndə “dövlət rüsumu” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinin birinci abzasına uyğun olaraq dəniz nəqliyyatı sahəsində xidmətlərə görə haqq” sözləri əlavə edilsin;

7.2.5. 3.2.13-cü yarımbəndə “limana” sözündən sonra “və ya dəniz əməliyyatları bazasına” sözləri əlavə olunsun, həmin yarımbənddə “və ya limandan” sözləri “, habelə limandan və ya dəniz əməliyyatları bazasından” sözləri ilə əvəz edilsin;

7.2.6. 5.6-cı bəndə “dövlət rüsumu” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinin birinci abzasına uyğun olaraq dəniz nəqliyyatı sahəsində xidmətlərə görə haqq” sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1081 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 3.3.2.5-ci yarımbəndə “dəniz” sözündən sonra “ətraf” sözü əlavə edilsin;

8.2. 4.1.6-cı yarımbənddə “Dövlət Dəniz Administrasiyası” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi” sözləri ilə əvəz edilsin;

8.3. 6.6.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.6.4. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi Azərbaycan Respublikasının ərazi sularında və açıq dənizdə gəmilərin uzaq məsafədən tanınmasını və izlənilməsini Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq həyata keçirir, gəmilər, limanlar və dəniz əməliyyatları bazaları tərəfindən Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarının tələblərinə riayət olunmasını təmin edir;”;

8.4. Strategiyaya Əlavə 2 – “Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli” üzrə:

8.4.1. 2-ci, 3-cü, 9-cu, 11-ci, 12-ci hissələrin, 13-cü hissənin “a” bəndinin, 16-cı və 17-ci hissələrin “Dəstək” sütununda “DDA” akronimi “RİNN DDLA” akronimi ilə əvəz edilsin;

8.4.2. 7-ci hissənin “Əsas” sütununa “BBDTL” akronimindən sonra “və digər dəniz limanları” sözləri əlavə edilsin;

8.4.3. 10-cu hissənin “Dəstək” sütununa “ETSN” akronimindən sonra “, RİNN DDLA” akronimi əlavə edilsin;

8.4.4. 14-cü hissənin “Dəstək” sütununda “DDA” akronimi “RİNN DDLA” akronimi ilə əvəz olunsun və həmin sütuna “BBDTL” akronimindən sonra “və digər dəniz limanları” sözləri əlavə edilsin;

8.4.5. 16-cı hissənin “Dəstək” sütunundan “BBDTL,” akronimi çıxarılsın;

8.4.6. “İxtisarlar” hissəsində “DDA – Dövlət Dəniz Administrasiyası” sözləri “RİNN DDLA – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi” sözləri ilə əvəz edilsin.