İran Azərbaycanla quru sərhədlərini bağlayır

İran qonşu ölkələrlə quru sərhədlərini bağlamağı planlaşdırır.
Axar.az xəbər verir ki, bunu İran Quru Qoşunlarının briqada generalı Kəyumərs Heydəri deyib.
Onun sözlərinə görə, İranın heç vaxt qonşu ölkələri təhdid etmək, onların sərhədlərini pozmaq və ya işğal etmək niyyəti olmayıb:
“Bu, qonşu ölkələrə qarşı haqsızlıq deyil. Bütün ölkələrin öz sərhədlərini bağlamaq səlahiyyətləri var”.