Prezident Münxendə "Leonardo" şirkətinin baş həmdirektoru ilə görüşüb

Prezident İlham Əliyev ilə İtaliyanın "Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub.
APA-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münxen şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən fevralın 16-da İtaliyanın "Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub.