İlham Əliyevin Almaniyanın Kansleri Olaf Şolts ilə görüşü olub - YENİLƏNİB

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşü olub.

***

Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şolts arasında ikitərəfli görüş keçirilir.

APA-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir ki, Olaf Şolts Azərbaycan dövlət başçısını qarşılayıb.