ÜST Qəzzanın cənubundakı xəstəxanadan xəstələri təxliyə edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağının cənubunda döyüşlərin getdiyi Xan-Yunis şəhərindəki xəstəxanadan xəstələrin təxliyəsini davam etdirir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Arab news” məlumat yayıb.

Məlumata görə, “Naser” Qəzza zolağında ikinci ən böyük xəstəxanadır.

ÜST qeyd edib ki, onlar ağır vəziyyətdə olan 32 xəstəni, o cümlədən uşaqlar və iflic vəziyyətində olan xəstələri təxliyə ediblər. Bununla belə, daha 130 xəstə və 15 həkim xəstəxanada qalıb.