Bakıda Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyası başlayıb

Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü Plenar Sessiyası keçirilir.
APA xəbər verir ki, Plenar Sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclaslarının keçirilməsi, müvafiq məsələlərin müzakirə edilməsi, bir sıra təşkilati məsələlərə baxılması, eləcə də sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatının qəbul edilməsi gözlənilir.