Özgür Özəldən xalqa: 4 il çətin olacaq, dayandıra bilərsiniz

CHP sədri Özgür Özəl Balıkəsirdə bələdiyyə sədrliyə  namizədlərin təqdimat yığıncağına qatılıb. Onun gündəliyində yerli seçkilər və iqtisadiyyat olub. Özəl seçiciləri CHP namizədlərini dəstəkləməyə çağırıb.
Sherg.az türk  mediasına istinadən xəbər verir ki, CHP sədri Özgür Özəl Balıkəsirdə çıxış edərək iqtisadiyyatla bağlı mesajlar verib.

 "Nə deyirlər ,  "Ağrılı resept gəlir, bundan sonra kəməri sıxıb sərt pul siyasəti aparacağıq"? . 1 apreldə seçicilər cavab verməsə, təhlükəli, çox çətin bir proses başlayacaq. Hansı ki, bir daha seçki qutusunu tapa bilməyəcəklər və 4 il səsini çıxara bilməyəcəklər. Seçicilərin bu prosesin başlamasının qarşısını almaq imkanı var. Bunu dayandıra bilərsiniz" .
 Özəl bildirib ki, yerli seçkilərə dönüş nöqtəsi kimi baxmaq lazımdır. "Türkiyə ittifaqı"na vurğu edən Özəl, "Orada  bu ölkəni sevən insanlar var. Bu ölkədə yaşamaq problemi olanda kimin nə etdiyini bilirlər. Mart ayında seçkiyə gedəcəyik. Bu hökumətə sarı vərəqəni göstərəcəyik, qırmızı işığı yandıracağıq. Dur deyəcəyik, həmişə varlıları düşünmüsən, söz indi  millətindir deyəcəyik, başqa çarəmiz yoxdur"- deyə bildirib.