Ombudsman Ermənistan ombudsmanına müraciət etməli və izahat tələb etməlidir
Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahovun hazırda hansı şəraitdə, harada saxlandığı məlum deyil. Verilən məlumata görə, R.Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbçimiz Ermənistan tərəfindən saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb. "Şərq" xəbər verir ki, Ruslan Pənahovun atası Eldəniz Pənahov Bizim.Media-ya açıqlamasında məsələ ilə bağlı dövlət qurumlarının mütəmadi iş apardıqlarını bildirib: “Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındayam. Bir azdan Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə gedəcəyəm. Övladımın nə vaxt qaytarılacağı ilə bağlı məlumat deyilmir. Bu, dövlətin bildiyi məsələdir. Ancaq bizimlə daim əlaqə saxlayırlar və müvafiq qurumlarımızın hər biri çalışır. Beynəlxalq Qızıl Xaç Komitəsi övladımla onlayn görüş təşkil edəcəklərini deyiblər. Vaxt bildirilməyib”.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Azərbaycan dövlət orqanları R.Pənahovun azad edilməsi istiqamətində çalışır. Lakin:
S.Bənənyarlı bildirdi ki, Azərbaycan ombudsmanı da Ermənistan ombudsmanına müraciət etməli və izahat tələb etməlidir.