6 yaşlı uşağı şeytana qurban etdi - “Qızıl məzar” axtaran ana

 Dəhşətli hadisə Kolumbiyada yaşanıb. Kolumbiyanın Segovia kəndinin sakinləri Sandra Patrisia Caro Perez və dostu Fabian Andres Carmona Ramirez “qara ruhlardan xilas olmaq üçün” 6 yaşlı Maksimiliano Tabaresi dini bir ayin zamanı işgəncə ilə öldürüblər. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Maksimilian Sandra Patrisianın doğmaca övladı olub. Lakin qadın münasibətdə olduğu Fabian Andres Carmona ilə birlikdə övladını qətlə yetirib. Uşaq 2 gün ərzində davam edən ayin zamanı döyülüb, işgəncələrə məruz qalıb və vəfat edib. Məlum olub ki, qadın da, ögey ata da satanist təriqətin üzvləridir. Onlar guya “qızıl məzar” axtarışına çıxıblar və 6 yaşlı uşağın ölümünün onlara bu “qızıl məzarı” tapmaqda kömək edəcəyi cəfəngiyyatına inanıblar. Uşaq da bu iblisanə əməlin qurbanı olub.   Hər iki şəxs Kolumbiya məhkəməsinin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 6 yaşlı uşağın üzərində işgəncə əlamətləri olan bədəni 2022-ci ilin oktyabr ayında Kolumbiyanın Cuturu Alto kəndi Segoviada gizli bir məzarda tapılıb. Həbs edilənlər arasında uşağın nənəsi və daha 5 nəfər də var. Onlar uşaq istismarı, insan ticarətində təqsirli biliniblər. 
Məlahət