"Azərbaycan xalqının ənənəvi məişət mədəniyyəti" adlı kitabının təqdimat mərasimi keçirilib -FOTO

TAİB-in mərkəzi ofisində Türk Ağsaqqalları Birliyinin(TAİB) üzvü, Qərbi Kaspi Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, ədliyyə mayoru Günay Həsənovanın "Azərbaycan xalqının ənənəvi məişət mədəniyyəti" adlı kitabının təqdimat mərasimi keçirilib
Sherg.az xəbər verir ki, ədbirdə TAİB İdarə Heyətinin, Gənclər Təşkilatı , Qadınlar Şurasının üzvləri, qonaqlar və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Türk Ağsaqqalları Birliyinin sədr müavini Eyvaz Qunbatov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, təşkilatın mərkəzi ofisində kitab təqdimatları artıq ənənə halını alıb. Günay Həsənovanın "Azərbaycan xalqının ənənəvi məişət mədəniyyəti" kitabının əhəmiyyətindən danışan sədr müavini kitabın milli irsə böyük töhfə olduğunu bildirib.
Ondan sonra çıxış edənlər öz çıxışlarında milli adət-ənənələrin qorunmasında vətəndaş təəssübkeşliyinin önəmindən bəhs edərək, Günay Həsənovanın böyük zəhmətlə ərsəyə gətirdiyi kitab barədə fikirlərini söyləyiblər. 
Vurğulanıb ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti, musiqi mədəniyyəti və ənənəvi məişət mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Günay Həsənovanın "Azərbaycan xalqının ənənəvi məişət mədəniyyəti" kitabı da xalqımızın mədəniyyət tarixinin yaddaş nüsxələridən biri olaraq qədim ənənələrin gələcək nəsillərə ötürülməsinə xidmət edir. 
Kitabın müəllifi Günay Həsənova çıxışında kitab barədə geniş məlumat verib. O, tədbirin iştirakçılarına və təqdimat üçün Türk Ağsaqqallar Birliyi-TAİB rəhbərliyinə öz minnətdarlığını bildirib.
Sonda xatirə şəkillər çəkilib.