SON XƏBƏR: Moskva hücumuna Rusiyadan çox sərt cavab: ÖLÜMƏ ÖLÜM

Moskvada baş verən terror aktı ilə bağlı Rusiya Təhlükəsizlik Şurasının sədri Medvedyev çox sərt açıqlama verib. 
Sherg.az xəbər verir ki, Medvedev “terrorçuların ancaq qisas terrorunu anladığını” ifadə edərək, “Zorakılığa güclə cavab verilmədikcə, terrorçuların kütləvi edamına və ailələrinə edilən təzyiqlərə ölümlə cavab verilmədikcə heç bir məhkəmə və ya istintaqın faydası olmayacaq” deyib. Medvedev əlavə edib:

Əgər onların Kiyev rejiminin terrorçuları olduğu müəyyən edilərsə, onlara və onların ideoloji ilhamvericilərinə qarşı başqa cür hərəkət etmək mümkün deyil. Onların hamısı terrorçu kimi tapılmalı və amansızlıqla məhv edilməlidir. O cümlədən belə vəhşiliklərə yol verən dövlət məmurları. Ölümə ölüm.


ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi Moskva hücumu ilə bağlı  hələlik məlumat verə bilməyəcəyini və hadisədə Ukrayna və ya ukraynalıların iştirakına dair heç bir dəlil olmadığını bildirib.

UKRAYNADAN BƏYANAT

Zelenskinin baş müavini Mixail Podolyak açıqlamasında deyib: “Ukraynanın hücumla heç bir əlaqəsi yoxdur”.