Röya terrordan sarsılıb: "Problem olmazsa, bu gün Vətənə qaydacağıq"

Moskvada konsertə hazırlaşan müğənni Röya dünənki silahlı hücumla bağlı "SNN -Türkə"ə açıqlama verib. 

Sherg.az xəbər verir ki, müğənni hadisənin baş verdiyi məkanda  konsertə hazırlaşdığını, ancaq  gördüklərindən şoka düşdüklərini,  baş verənlərdən hələ də özlərinə gələ bilmədiklərini qeyd edib. Hadisənin onlara 300 metrlik yaxın məsafədə  baş verdiyini söyləyən Röya vurğulayıb ki, silahlılar əvvəlcə mühafizəçiləri və aşağıda olanları atəşə tutub. Röya ətrafındakı  heyətin sağ-salamat olduğunu, hazırda oteldə qaldıqlarını deyib. O, bildirib ki, problemlər olmazsa bu gün Vətənə dönəcəklər.