Serbiyadan iddia: ABŞ və İngiltərə Moskvadakı terror aktından xəbərdar idi

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın paytaxtı Moskvada konsert zalına silahlı hücumdan ABŞ və İngiltərənin əvvəlcədən xəbərdar olduğunu  bildirib. Vuçiç Moskvada baş verən hadisənin ölçülməz nəticələrə səbəb ola biləcəyini də bəyan edib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Vuçiç yerli televiziya proqramında Moskvada konsert salonunda dinc sakinləri hədəf alan terror aktı ilə bağlı qiymətləndirmələr edib.

Rusiya prezidenti Vladimir Putinə və rus xalqına başsağlığı verən Vuçiç, “Bir şeyi dəfələrlə demişik, amma çox az adam eşitmək istəyir, çox az adam inanmaq istəyir, çox az adam faktlara baxmaq fikrindədir; Martın 7-də ABŞ -ın Moskvadakı səfirliyi öz vətəndaşlarına ticarət mərkəzlərinə getməməyə müraciət edəndə, ingilislər və digərləri də bunu etdilər. Deməli, onların xüsusi xidmət orqanları bəzi söhbətləri dinləyir, məlumat alırdılar və bilirdilər ki, bu baş verəcəkdi”- deyə bildirib.

Vuçiç Moskvada baş verən hadisənin ölçülməz nəticələrə səbəb ola biləcəyini qeyd edib və Serbiya Milli Təhlükəsizlik Şurasının bu gün toplanmasına çağırıb.

İdarə Heyətinin iclasının keçirilməsi üçün müxtəlif səbəblərin olduğunu qeyd edən Serbiya prezidenti Vuçiç iclasda Moskvadakı hücumun da müzakirə olunacağını bəyan edib.