Moskva qurbanları yad edildi: Putin də   dualar oxuyub

Rusiya “Krokus” konsert zalında törədilən terror aktı qurbanları üçün yas saxlayır.

Moskvada silahlı hücumda 137 nəfərin həyatını itirdiyi konsert zalının qarşısına insanlar axını davam edir.

 Sherg.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin də şam yandıraraq həyatını itirənlərə dualar oxuyub. Kremldə və bütün ölkədə bayraqlar yarıya qədər enib.

Həyatını itirənlərə güllər düzülüb, şamlar yandırılıb. Dualar oxunub.

Zalın qarşısında uzun növbələr yaranıb.

Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü anım mərasimlərinə qatılan bir qadın, "Öldükləri üçün yas tutmaq və tək olmadıqlarını hiss etdirmək üçün buradayıq. Böyük ağrılar yaşayırıq" deyib.

Bəzi moskvalılar həyatını itirənləri yad etmək üçün ağ göyərçinlər gətiriblər.

Rusiyanın Vladiqafqaz şəhərində tələbələr universitet şəhərciyinə toplaşıblar.

Moskvanın və hücumun tarixi şamlarla yazılıb.

Rusiya prezidenti Vladimir Putin hücumdan sonra martın 24-də milli matəm elan edib.