Makron: Moskvaya hücum edənlər Fransada da aksiya keçirməyə cəhd ediblər

Fransa prezidenti Emmanuel Makron Moskvada 137 nəfərin ölümü ilə nəticələnən hücumla bağlı açıqlama verib.

Sherg.az xəbər verir ki, Makron “Rusiyanın islamçı hücumun qurbanı olduğunu və Moskvadakı silahlı hücumların arxasında duran qrupun son vaxtlar Fransada aksiyalar keçirməyə çalışdığını” deyib.

Makron bu gün Fransa Qvianasına səfəri zamanı jurnalistlərə deyib: “Bu qrup bizim ərazimizdə müxtəlif aksiyalar həyata keçirməyə cəhd edib.

Bundan əlavə, Makron Rusiyaya  silahlı hücumda "Ukraynanı günahlandırmaq" üçün "sui-istifadə etməmək" barədə xəbərdarlıq edib və Fransanın hücumdan sonra Rusiya ilə "artan əməkdaşlığı" təklif etdiyini qeyd edib.

Fransa hökuməti dünən Moskvada baş verən silahlı hücumlardan sonra ölkənin terror xəbərdarlığını ən yüksək səviyyəyə qaldırıb.