Terrorçuların kəsik qulaqları: Ruslar görüntünü yayıb

Konsert zalında 137 nəfəri qətlə yetirən terrorçular ilk dəfə məhkəmə qarşısına çıxarılıb. Ədliyyə binasına gözləri bağlı gətirilən terrorçuların  bədənlərindəki yaralar diqqət çəkir. Yerli media hücum edənlərdən ən azı ikisinin tacik dilində danışdığını bildirib. 

Cümə günü axşam Rusiyanın paytaxtı Moskvada konsert salonuna edilən və azı 137 nəfərin həyatını itirdiyi hücumla bağlı dörd müttəhim hakim qarşısına çıxdı. Təqsirləndirilən şəxslər “terrorçuluq”da ittiham olunublar. Tacikistan vətəndaşı olduğu bildirilən müttəhimlərin dindirilərkən döyüldüyü müşahidə edilib. Bildirilir ki, təqsirləndirilən şəxslərdən biri az qala huşunu itirib, digərinin isə qulağı kəsilib.


Təqsirləndirilən şəxslər mayın 22-də keçiriləcək iclasa qədər həbsdə qalacaqlar. Məhkəmədən verilən açıqlamada iki müttəhimin cinayətlərini etiraf etdikləri və ömürlük həbs cəzasına məhkum olunacağını bildirilib. 
Hücuma görə məsuliyyəti DEAŞ üzərinə götürdü, Rusiya Ukraynanı günahlandırdı, Kiyev administrasiyası isə ittihamları rədd etdi. Rusiyanın Tass xəbər agentliyi təqsirləndirilən şəxslərin adlarını Dalerjon Mirzoyev, Saidakrami Murodali Rachabalizod, Muhammadsobir Fayzov və Şəmsidin Fəriduni kimi açıqlayıb. Təqsirləndirilən şəxslərin məhkəmə binasına və məhkəmə zalına aparıldığı görüntülər yayımlanıb. Görüntülərdə hər dörd müttəhimin bədəninin müxtəlif yerlərində yaralar görünür. 

 

Rusiya mətbuatında dərc olunan xəbərlərdə terrorçuların bəzilərinin qulaqlarının kəsilməsinin səbəbi açıqlanıb. "Moskovski Komsomolets" qəzetinə danışan hərbi ekspert bu vəziyyətin keçmiş sorğu-sual üsulu olduğunu bildirib və deyib: "Bu üsulla cinayətkarlar tez danışdırılır. Təbii ki, bunu etmək asan deyil, xüsusi hazırlıq keçmək lazımdır. DAEŞ kimi terror qruplaşmaları üçün başqa bir fərqli vəziyyət var. Radikal qruplar üçün qulaq kəsmək çox şey deməkdir. Bu, onlar üçün həm utancverici, həm də alçaldıcıdır. Onların bir çoxu belə hesab edir ki, onların qulaqları kəsilsə, “Şəhid” olmaz”.