Acun Yunus Əmrəyə hiddətləndi

Həyat yoldaşı sosial şəbəkədə üsyan edib


  “Survivor 2024 All Star”'da yenə gərginlik yaşanıb. Və yenə də hadisələrin mərkəzində Yunus Əmrədir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, həftənin üçüncü toxunulmazlıq oyununda “nəfəslər tutulub”. İki komanda arasındakı gərginlik konseydə də davam edib. Yunus Əmrənin konseydəki çıxışı isə Acun Ilıcalını hövsələdən çıxarıb. Komanda üzvlərindən Seda Unus Əmrənin davranışlarını yarışmaçılara münasibətini tənqid edib. Yunus Əmrə isə Acun Ilıcalıya müraciət edərək “mən “dəli olacağam”, konseyi tərk etmək istəyirəm, icazə verin. Bu qadının sözlərinin dinləmək istəmirəm”, - söyləyib. Acun Ilıcalı isə əsəbiləşərək “sən harda olduğunun fərqində deyilsən, özünü kim hesab edirsən?! Seda burada nə sənə, nə də anana qarşı pis bir söz söyləmir. Sən nə danışdığını bilmirsən. Sənə deyim, bil. Sənin islah olunma şansın sıfırdı. Sən düzələn deyilsən. Elə zənn edirsən ki, biz də bu bəlanı çəkmək zorundayıq. Gəldiyin gündən bəri hamını təhdid edirsən. Mən sənə xəbərdarlıq etmişdim. Amma yenə öz bildiyini edirsən. Ağlıma sığışdıra bilmirəm bunları”, - deyib. Bunun ardınca Acun Ilıcalı Yunus Əmrənin cəzalandırıldığını açıqlayıb və ona 2 ödül oyununda iştirak qadağan edilib. Yunus Əmrənin həyat yoldaşı Beria Özden isə sosial şəbəkədə onun müdafiəsinə qalxıb: “Yunus Əmrəyə basqı var. O, yaralı olduğu halda yarışı qazandı. Amma fürsətcillər onu sıradan çıxarmağa çalışır, davamlı basqı edirlər”. Həyat yoldaşına səslənən Beria Özden “biz səninlə qürur duyuruq. Hamıya kimliyini sübut et”, mesajı verib.