Gözündəki son görüntüdən qatilini tapdılar!

 Əri hər şeyi etdi, qorxulu "balta" detalı

  İnsan ölmədən öncə sonuncu dəfə nəyi görübsə göz bəbəyində əksi qaldığına dair indiyədək də elm aləmində mübahisələr davam edir. Bir qisim alimlər bunun qeyri-mümkün olduğunu, digər qisim isə mümkünlüyünü sübut etməyə çalışır. VII əsrdə bir qurbağa üzərində tədqiqat aparan Christopher Schiener qurbağanın göz bəbəyinin ağ hissəsində qəribə görüntülər kəşf etdiyini elm aləminə bildirib. Bu hadisə fotoaparatın icadından xeyli əvvəl olub. Alimlər bunun mümkünsüz olduğunu, göz bəbəyinin görüntünü əks etdirməsi üçün işığa həssas kimyəvi maddələrə malik olmasını vacib sayırdılar. Lakin göz bəbəyində belə maddələr yoxdur. Lakin bir müddət sonra alman fiziooloq Wilhelm Kühne də diqqət çəkən tədqiqatlara imza atdı. Wilhelm Kühne gözün bir kamera nitratı kimi davranan, ışığa həssas bir protein olan rodopsinin buna imkan verəcəyini test etmək üçün heyvanlar üzərində təcrübələr aparıb. Heyvanlar öldükdən sonra onların gözlərini çıxarıb oradakı görüntülərin bəbəkdə qala bilməsi üçün müxtəlif kimyəvi maddələrin içində saxlayırdı. Alimin təcrübələri heyvanlarla məhdudlaşmayıb. 1880-ci ildə edam edilmiş bir məhkumun gözləri 10 dəqiqə sonra çıxarılaraq Kühnenin laboratoriyasına göndərilib. Kühne apardığı təcrübələrin sonunda məhkumun göz bəbəyində əksi qalmış görüntülərin dar ağacına aparan pilləkənlər olduğunu ehtimal edirdi. Onun bu təcrübələri hər nə qədər mübahisələrə səbəb olsa da, elm aləmində müzakirələrə də yol açıb. Böyük Britaniya və ABŞ polisi qətl hadisələrində cinayətkarı aşkarlamaq üçün bu üsuldan – optoqrafiyadan istifadə etməyə çalışıblar. Elmi sübutlar olmasa da, istintaqçılar bu üsuldan istifadə edib. Getdikcə bu üsul populyarlaşıb və Fransa Məhkəmə ekspertizası da ondan istifadə etməyə başlayıb. Doktor Maxime Vernois optografların cinayət davalarında dəlil olaraq qəbul edilməsini ehtimalının incələmək üçün bir çalışma başladılmasını istəyib. Doktor ən azə 17 heyvan öldürüb və onların gözlərini çıxarıb. Amma Kühnenin əldı etdiyi nəticəyə nail olmayıb. Və belə qənaətə gəlib ki, ölüm anında qarşıya çıxan hər hansı predmeti gözün görüntüləməsi qeyri-mümkündür. Gözün son ölüm anında nələrisə görüntüyə alması elmi təsdiqini tapmasa da, bu hadisələr müxtəlif əsərlərə, filmlərə ssenari olub. Məşhur yazıçı Jül Vern 1902-ci ildə qələmə aldığı “Les Freres Kip” romanında optografi elminin ədliyyə sistemində yer tuta biləcəyinə işarə edirdi. “Invisible Ray” adlı'filmdə də bundan bəhs edilib. 1971-ci ildə italyan kinematoqrafı da “Four Flies on Gray Velvet” filmində optografların fəaliyyətindən bəhs edilib.