“Möcüzə qadın” danışdı

22 bıçaq zərbəsi aldı, sağ qaldı

  Boşanmaq istədiyi həyat yoldaşı tərəfindən qəddarcasına bıçaqlanan 2 uşaq anası, 24 yaşlı Dilem Gül Karlı başına gələnləri anladıb. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, həyat yoldaşı Fərhat Karlı tərəfindən bıçaqlanan və ətrafdakıların yardımı ilə xəstəxanaya aparılan Dilem Gül həkimlərin səyi nəticəsində sağ qalıb. Dilem Gül Karlının əvvəlki evliliyindən 2 ölvadı var. Birinci evliliyi uğursuz olan Dilem daha sonra qohumları Fərhat Karlı ilə evlənib. Lakin bu evlilik də problemli olib. Həyat yoldaşı qıcqanclıq zəminində tez-tez dava saldığından Dilem ondan boşanmaq istədiyini deyib və atasının mənzilinə köçüb. Münasibətlər bundan sonra daha da gərginləşib və həmin qanlı olay baş verib. 1 həftə reanimasiya şöbəsində müalicə olunan Dilem başına gələnləri bu şəkildə anladıb: “Ölmək istəmirdim. Çünki 2 övlad anasıyam, onları qorumalıyam, böyütməliyəm, güclü olmalıyam. Həyat yoldaşıma ondan boşanmaq istədiyimi demişdim. O isə mənə zəng edib evə dönməyimi tələb edirdi. Dönməyəcəyimi dedim. Mənə zəng etdi və məhkəmədən öncə söhbət etmək istədiyini dedi. Küçükçekməcədə bir parkda görüşdük. Mənə onunla birlikdə hotelə getməyə təklif etdi”. Dilem bu təklifi də rədd edib və bir rəfiqəsinin ad gününə getməli olduğunu deyib. Fərhat Karlı onu Başakşəhər Şahintəpə məhəlləsinə qədər ötürüb. Burada isə Dilemə anidən hücum edərək ona bıçaq zərbələri endirməyə başlayıb. Qadına 22 bıçaq zərbəsi vurub. Qanlar içində yerdə uzanan həyat yoldaşının başı üzərində dayanaraq ölməsini gözləyib. Ətrafdakılar baş verənləri görüb polisə zəng ediblər. Hadisə yerinə gələn polis Fərhat Karlını orada həbs edib, Dilemi isə xəstəxanaya çatdırıblar. “Biz qohumuq. Kəndə getmişdim, orada tanış olduq. Bir ay sonra evləndik. Əvvəlcə hər şey yaxşı idi. Sonra qısqanclıqlar başladı. 3 ay evli qaldıq. Sonra məni evdən qovdu. Həmin gün sonuncu dəfə söhbət etmək üçün məni çağırdı, məhkəmədən öncə görüşmək istədi. Məndən “boşanmaqda qərarlısanmı” soruşdu, mən də təsdiq etdim. Yanında bıçaq gəzdirdiyini bilməmişəm. Bir dükana girdik, mən rəfiqəm üçün tort aldım. Rəfiqəmə zəng edib “gəlirəm”, dedim. Telefonu bağlayıb çantama qoyduqda ilk zərbəni qarnımdan vurdu. Sonra hara gəldi zərbələr endirməyə başladı. Kürəyimə, boğazıma, qarnıma, qoluma – hər yerimə vurdu. Başımın üstündə dayanıb çırpındığımı görürdü. Yaxınlaşıb qulağıma astadan dedi ki, “məni həbs edəcəklər, sən görüşə gəlməlisən. Gəlməsən, kiçik qızını da əlindən alıb öldürəcəyəm. Həyatda qalmağım möcüzədir. Onun ən ağır cəza almasını tələb edirəm”, deyən Dilem Gül Karlı bədənində ağır ayar izləri qaldığını, dalağının çıxarıldığını, ürəyinə stend qoyulduğunu söyləyib.