Kral ailəsinə qohum olan məşhurlar

Dünya “ulduz”larının adları açıqlanıb

  Böyük Britaniya kral ailəsinə qohumluğu çatan dünya “ulduz”larının adları açıqlanıb. 
"Sherg.az" “NTV.com.tr”yə istinadən bildirir ki, aralarında Anjelina Coli və Beyons kimi isimlərin olduğu dünya “ulduzları” həm də kral ailəsinə qohumluqları ilə tanınırlar. Məlumat BBC tərəfindən yayımlanıb. Siyahıda ilk sırada pop-kraliçası Madonna gəlir. Madonna kraliça Camilla ilə qohumdur. Onların hər ikisi fransız bir dülgərin nəslindəndirlər. Hollivud “ulduz”u Bred Pitt kraliça II. Yelizabetin qohumudur. “Findmypast.com”a görə, kraliça II Yelizabet və B.Pitt II Henrinin nəslindəndirlər. Başqa bir “ulduz” – Beyonsun da kraliça II Yelizabetə qohumluğu çatır. Beyons kraliça Yelizabetin uzaq qohumudur. Həmçinin Anjelina Coli də kraliça II Yelizabetin qohumudur. Benedikt Kamberbeç III Ricardla eyni nəsildəndir. Qay Ritchie I Edvard, Tilda Svinton I Robert, Hyu Qrant, Ricard Gir, Hilari Daff da kraliça II Yelizabetin nəslindəndirlər.