BQXK öz “missiyası”nı bitirib, Azərbaycandan çıxmalıdır - AKTUAL



"Ermənistanla hələ sülh sazişi imzalanmadığı bir vəziyyətdə onları nə vadar edir ki Bərdəyə köçsünlər?!. Yoxsa, yenə də ermənilərə köməklik etmək niyyətindədirlər? "

 Əsasnaməsinə görə humanitar təşkilat olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyası münaqişə qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi olmalıdır. Təəssüf ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın suveren ərazisi olan Qarabağı işğal altında saxladığı 30 ildə bu təşkilatın erməni separatçılarının himayədarı kimi çıxış etdiyinin dəfələrlə şahidi olmuşuq. Erməni separatçılarının girov götürdüyü, əsir aldığı azərbaycanlılarla bağlı bu təşkilat heç vaxt dəqiq məlumat verməyib. “Missiyası”nı vurğulayaraq ətraflı məlumat verməkdən imtina edib. 

Girov və əsirlərin ailələrinə təqdim etdikləri məkublar “salam, sağ ol”dan ibarət olub. Azərbaycanın igid oğulları daha çox əsiri, girovu azad ediblər, nəinki BQXK. Humanitar missiya daşımalı olan təşkilatın qeyri-humanitar fəaliyyəti  Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsindən ötən ilin iyul ayında “BQXK”  nişanlı avtomobillərdə qaçaqmal silah-sursat daşınmasının ifşası ilə konkret təsdiqini tapdı. Üç dəfə "Nobel" sülh mükafatı laureati olmuş bir təşkilatın separatçılara silah dəstəyi verməsi nə daşıdıqları missiyaya, nə də “Nobel” Sülh mükafatına yaraşır. Məhz bu hadisədən sonra BQXK-nin missiyasını Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üstlənməsi təklifləri səsləndi. Buna səbəb son zamanlar BQXK-nin fəaliyyətindəki nöqsanlar,  bu beynəlxalq təşkilatın obyektivliyinin, qərəzsizliyinin şübhə altına düşməsidir. Bu qurumun Azərbaycan ərazilərindəki fəaliyyətini, nəinki beynəlxalq hüququ norma və prinsiplərinə, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə, hətta elan etdiyi prinsiplərə uyğun qura bilməməsi, Xankəndi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olduğu halda, bu qurumun Qarabağ iqtisadi rayonunun erməni azlığının yaşadığı kiçik ərazidə fəaliyyət göstərən təsisatının beynəlxalq hüquqa ziddi olaraq Azərbaycandakı nümayəndəliyinə deyil, Cenevrədə yerləşən mərkəzi ofisinə tabe olması, bir çox məsələlərdə qərəzli və bölücü yanaşması, Ermənistanın antihumanist davranışlarına münasibətdə heç bir əməli addım atmaması, birtərəfli mövqe sərgiləməsidir. Analitiklər də belə hesab edirlər ki, BQXK-nin fəaliyyətinə beynəlxalq hüquqa istinad edilərək xitam vermək mümkündür. Bu halda təxribatçı fəaliyyətlərlə məşğul olan BQXK-nın “fəaliyyəti”nin Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əvəzlənməsi barədə qərar qəbul edilə bilər. BQXK isə Azərbaycanla imzaladığı 1996-cı il Sazişinin 9-cu maddəsinin 13-cü bəndi ilə borcludur ki, Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etsin. BQXK öz “missiyası” davam etdirməkdə israrlı olarsa, Azərbaycan elə həmin Sazişinin 12-ci maddəsinə və 1961-ci il Vyana Müqaviləsinin 9-cu bəndi ilə nəzərdə tutulan addımlar ata bilər. 
Artıq kimsəyə sirr eyil ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi 1990-cı illərdə qaçqınlara yardım, itkin düşmüş şəxslərin axtarılıb tapılması adı altında Azərbaycana daxil olub. Lakin təşkilat bu istiqamətdə müəyyən qədər işlər görsə də, öz missiyasını tam yerinə yetirə bilməyib. Qarabağda 1992-94-cü illərdə davam aktiv döyüş əməliyyatları zamanı 4 min nəfərdən artıq azərbaycanlının itkin düşməsinə baxmayaraq, BQXK onların tapılması və geri qaytarılması istiqamətində iş aparmayıb. BQXK bir çox azərbaycanlının Ermənistana aparıldığı, əsir düşərgələrində saxlandığı barədə məlumatlı olsa da, üzərinə düşən vəzifələrin icrasını həyata keçirmədi və müxtəlif bəhanələrlə özünü prosesdən kənarlaşdırmağa çalışdı. II Qarabağ müharibəsi zamanı BQXK fəal şəkildə ermənilərin problemlərinin həlli prosesinə qoşuldu, təşklatın müraciəti əsasında şərait yaradıldı və 1700 dən artıq erməni hərbçisinin cəsədi Ermənistana verildi. Müharibədən sonra BQXK avtonom şəkildə Xankəndində fəaliyyət göstərməyə başlamaqla beynəlxalq hüquqa,  Azərbaycan  qanunlarına hörmətsizlik nümayiş etdirdi. Azərbaycanda BQXK nın faktiki 2 mərkəzi fəaliyyət göstərdi. Xankəndi ofisinin öz büdcəsi vardı, müstəqil kadr seçimi həyata keçirilirdi və daha çox Ermənistana inteqrasiya olunmuş formada fəaliyyət göstərirdi. Azərbaycan BQXK-ya dəfələrlə müraciət edərək Xankəndi ofisinin statusunun dəyişdirilməsini tələb etsə də, bütün müraciətlər qulaq ardına vuruldu. Bütün bunlarla yanaşı, ekoloji məsələlərlə bağlı ekoaktivostlər Laçın yolunda etiraz aksiyaları təşkil edərkən, BQXK nın Xankəndi ofisi qanunsuz daşımalar həyata keçirdi və faktiki olaraq qaçaqmalçılıq fəaliyyəti göstərdi. Təsadüfi deyil ki, təşkilatın 2 əməkdaşı həmin vaxt persona non-qrata elan edildi Azərbagcandan çıxarıldı. Vaxtilə BQXK-nın Bakı ofisinə rəhbərlik etmiş, hazırda isə qurumun  Avropa və Şərqi Asiya  departamentinin rəhbəri olan Arian Bauer II Qarabağ müharibəsindən sonra bildirmişdi ki, yeni müharibə olacaq və onların Xankəndində fəaliyyətinin hələ uzun müddət davam etdirməsinə ehtiyac var. Bir müddət öncə BQXK-nın Xankəndi ofisinin fəaliyyətinin dayandırılması qərara alındı. Maraqlıdlr ki, bu məlumatı da qurumun Bakı ofisi deyil, İrəvan ofisi yaydı. Hazırda Xankəndi ofisi Bərdəyə köçərək orada fəaliyyət göstərdiyini bəyan edib. Beləliklə, təşkilatın Azərbaycanda yenə 2 ofisi fəaliyyətdədir. Amma müharibə artıq bitib, ümumiyyətlə BQXK-nin Azərbaycan ərazisində fəaliyyətinə heç bir ehtiyac qalmır. Belə olan halda təşkilatın fəaliyyətini yekunlaşdırıb Azərbaycanı tərk etməsi getdikcə daha da zərurətə çevrilir.


Hüquq müdafiəçisi, D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında bildirdi ki, əgər BQXK Xankəndidəki ofisini iddia edildiyi kimi həqiqətən də öz doğma yurdlarına qayıdan Azərbaycanın keçmiş köçkünlərinə dəstək olmaq, mina təhlükəsini azaltmaq üçün Bərdəyə köçürübsə, bunu başa düşmək olar. Amma onların ayrı niyyəti varsa, bugünki durumda - Ermənistanla hələ sülh sazişi imzalanmadığı bir vəziyyətdə onları nə vadar edir ki Bərdəyə köçsünlər?!.

 Yoxsa, yenə də ermənilərə köməklik etmək niyyətindədirlər? Xankəndidən, Qarabağın başqa ərazilərindən köçüb getmiş ermənilərin geri qayıtmasına Azərbaycan mane olımur. Azərbaycan Prezidenti, Silalı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmişə deyir ki, bizim bayrağımız altında, Azərbaycan vətəndaşlığını qəbul edib Qarabağda yaşamaq istəyənlərə hər zaman qapımız açıqdır. Ermənilərə bu mesajlar dəfələrlə verildi, amma onlar istəmədilər. İndi nə olub, nədir bu canfəşanlıq? Avropa onlara vədlər verib. Ona görə belə “ürəkləniblər”. 

Bizim dövlətimiz yeganə dövlətdir ki, ədalətli və humanist müharibə apardı. Mülki ermənilərdən (separatçılardan söhbət getmir) birinin də burnu qanamadı. Getmək istəyənlər də köçəndə onlara hər cür yardım göstərildi. Heç bir təzyiqlə üzləşmədilər. Mallarını, hər şeylərini götürüb rahatca Ermənistan ərazisinə keçdilər. Amma bütün dünya gözünü bağlamışdı bizim millətimiz Qarabagda erməni separatçıları tərəfindən soyqırıma məruz qalanda, evindən, yurdundan qovulanda, didərgin salınanda, ev-eşiyi yağmalananda. Ayaq-yalıb, başı-açıq didərgin düşmüşdülər doğma evlərindən. Ona görə də biz heç bir dövlətə, heç bir təşkilata yox, özümüzə, öz dövlətmizə, öz ordumuza güvənməliyik. Yanımızda olan dostlarımıza da “sag ol” deməyi bacaririq.