Tbilisidə məktəblərdə terror aktlarının planlaşdırılması ilə bağlı məlumat yayılıb

Gürcüstanın paytaxtı Tbilisidə məktəblərdə terror aktları planlaşdırılır.

APA xəbər verir ki, bu barədə yerli teleqram kanallarında məlumat yayılıb.

Məlumatla əlaqədar Milli Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb.

Yayılan xəbərlərdə 10 məktəbdə qətliamın baş verəcəyi proqnozlaşdırılıb.

"Imedi" telekanalı bildirib ki, siyahısı dərc edilən məktəblərin hər birində rus sektoru var.