"Səba"nın fəaliyyətini dayandırması ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası “Səba”nın fəaliyyətini dayandırması ilə bağlı açıqlama yayıb.
Quşçuluq təsərrüfatlarının ictimai birliyindən Bakupost.az –a bildirilib ki, reallıqda “Səba” markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılmayıb:
“Bu istehsalı “Səba Broyler” ASC-nin yaratdığı Chiken Pro MMC həyata keçirir. MMC-rəhbərliyindən verilən məlumata görə, istehsal müəssisəsinin yenidən qurulması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi üçün zəruri investisiya qoyuluşu həyata keçiriləcək”.