QDİƏT Baş katibi: Azərbaycana gələn turistlər buradan məmnun ayrılır

Azərbaycana səfər edən turistlər bu ölkədən məmnun ayrılır.

Bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanda turizm sektorunun hər il inkişaf etdiyini qeyd edib:

"Bu inkişafın nəticələri göz qarşısındadır. Azərbaycanda dəfələrlə səfərdə olmuşam. Turizm sahəsində görülən işlər təqdirə layiqdir. Ümid edirəm ki, zaman keçdikcə ölkədə turizm sektoru dünya üzrə ən qabaqcıl pillələrə yüksələcək", - deyə Baş katib əlavə edib.