Köpəyinə zərər verdi: Maşının arxasına bağlayıb sürüdülər

  Antalyanın Kaş bölgəsində bir nəfər köpəyinə zərər verdiyini iddia etdiyi adamın əllərini və ayaqlarını iplə avtomobilin arxasına bağlayıb metrələrcə sürüyüb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, hadisə Kaş bölgəsinin Ova məhəlləsində yaşanıb. Şərti adı Ş.T. olan birisi köpəyinə zərər verib, söyüş söydüyünü iddia etdiyi Orhan S. adlı məhəllə sakininin evinə gedərək onunla mübahisə edib. Sonra da Orhan S.ni avtomobilin arxasına bağlayaraq sürüyüb. Orhan S.nin psixoloji problemləri olduğu da deyilir. Ərazidə olan polis avtomobili durdurub, Ş.T. saxlanılaraq polis idarəsinə gətirilib. Orhan S. isə ağır yaralandığı üçün xəstəxanaya aparılıb. Bu hadisəni ətrafdakılar videoya çəkib və sosial mediada paylaşılıb. Birisinin avtomobilin arxasına bağlanaraq sürüdülməsini vətəndaşlar kəskin qınayıb. Digər bir hadisə isə Ataşəhərdə meydana gəlib. Burada da küçədəki iti vurub sonra da sürüyən avtomobilin görüntüləri üzə çıxıb. Görüntülər yaxınlıqdakı ofisin müşahidə kameralarına düşüb. Sürücü köpəyi əzdiyini bilsə də, avtomobili idarə etməyə davam edib. Məhəllə sakinlərinin sevimlisi olan Zeytun adlı köpək ölüb. Məhəllə sakini Berkay Kontaj deyib ki, Zeytunu məhəllədə hamı sevirdi: “12 ldir Zeytun məhəlləmizin sakini idi. Bu adam görür ki, köpək təkərin altında qalıb, maşını sürməkdə davam edir. Belə vicdansızlıq, əxlaqsızlıq olarmı?”. Məhəllə sakinləri köpəyi əzib keçən avtomobil sahibinin tapılaraq məsuliyyətə cəlb edilməsini tələb edirlər.