İtlər və atlar üzərində ciddi bir tədqiqat aparılıb. Nəticədə itlərin də atların insanlardakı qorxunun qoxusunu ala bildikləri müəyyən edilib. “Sherg.az” “habertürk”ə istinadən bildirir ki, tədqiqatçılar bir çox heyvanın insanların işlətdikləri sözlərə, ifadələrə, onlarla davranışlarına, insanın itlər və atlarla qarşılaşdığında vücud dilinin şəklinin, insanın necə davranmasının önəmli olduğunu nəzərə alaraq daha bir araşdırma aparıblar. Bu, itlərin və atların insanlardakı qorxu hissinin qoxusunu ala bilmələriylə bağlıdır. Heyvanların duyğuları anlayıb-anlamaması elm aləmini çoxdan düşündürür. Xüsusən də ev heyvanlar hesab edilən it və atların insanların keçirdiyi hissləri anlayıb-anlamamalarına dair aparılan araşdırmalar bir sıra ipucları verir. Tədqiqatçılar, şən və əksinə, kədər, qorxu məzmunlu videolar izləyən insanlardan ətrafa yayılan enerjiyə heyvanların necə təpki göstərdiyini araşdırıb. Tədqiqatda iştirak edənlərə bir gün komediya filmi izlədilib. Ertəsi gün isə qorxu filmi. Bu filmləri izləyən insanların ətrafa yaydığı enerji – qoxunu əldə etmək üçün əyləşdikləri kürsülərdəki tər örnəkləri ucunda pambıq olan çubuqlar vasitəsilə toplanıb və atların burun dəliklərinə sürtülüb. Fransadakı Tours Universitetində elmi iş üzərində çalışan Plotine Jardat “atların qoxuları ayırd edib-etməyəcəyinə əvvəlcə əmin deyildik. Ancaq atlar burun dəliklərinə sürtülən qoxulara fərqli təpki göstərdilər. Atlar sevinc qoxusunu aldıqda yalnız sol burun dəliklərini tərpətdilər. Bu, atların sevinc qoxusuna pozitiv reaksiya verdiyini göstərdi. Qorxu qoxusunu aldıqda isə burunun hər iki dəliyini tərpətməyə və daha çox qoxu almağa çalışdılar. Təhlükə hiss edirmiş kimi davranmağa başladılar. Deməli, atlar fərqli qoxulara fərqli reaksiya verir və insanın hansı durumda olduğunu, sevindiyini, yaxud qorxduğunu ayırd edə bilir. Tədqiqatçılar bu qənaətə gəlib ki, insanın bədənindən xaric olan tərin tərkibində heyvanların davranışına təsir edə biləcək kimyəvi maddə - kimyəvi siqnallar vardır. Bunlar adrenalin və ya androstadienon (feromona bənzər bir protein) kimi müxtəlif birləşmələrdir. Və bu birləşmələr bir canlıdan digərinə “duyğu və hiss məlumatı” ötürə bilir. Alimlər atların qorxu qoxusuna necə təpki verəcəyini öyrənmək üçün gələcəkdə daha bir tədqiqat aparmağı düşünür. İtlər üzərində aparılan tədqiqat da maraqlı nəticələr ortaya çıxarıb. Qorxu qoxusu alan itlər, sahibləri yaxınlıqda olduqda onlara tərəf qaçıb, otaqda olan itlərsə qapıya tərəf cumub. Sevinc qoxusu alan it isə otaqdakı tanımadığı adama tərəf dartınıb və ona yaxınlaşmağa çalışıb.
Qorxunun qoxusunu alır: İtlər və atlar...
11:29 21.05.2024
Gündəm
344

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Araz-2025” birgə təliminin açılış mərasimi olub -VİDEO
13:00 19.05.2025
Hərbi
Lavrov İrəvana gəlir
12:48 19.05.2025
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:42 19.05.2025
Ekologiya
Köçəryan: Erməni ordusu hələ də özünü bərpa edə bilməyib
12:22 19.05.2025
Cənubi Qafqaz
İran ABŞ-nin tələbini qəbul etmədi
12:16 19.05.2025
Siyasət
Robert Köçəryan: İran dostumuzdur, ürəyimizə yaxındır
11:57 19.05.2025
Cənubi Qafqaz
Türkiyə-ABŞ Suriya İşçi Qrupu toplantısı ABŞ-də keçiriləcək
11:51 19.05.2025
Dünya
Rusiya Finlandiya sərhədinə qoşun yığır
11:45 19.05.2025
Dünya
Köçəryan: Ağrı dağında gözümüz yoxdur
11:32 19.05.2025
Cənubi Qafqaz
DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib
11:26 19.05.2025
Cəmiyyət
DİM imtahan iştirakçılarına müraciət edib
11:19 19.05.2025
Təhsil
Sahibə Qafarova İspaniyaya rəsmi səfər edib
11:13 19.05.2025
Siyasət
Putin Trampa güzəşt etməyəcək, tam işğal istəyir...
11:07 19.05.2025
Dünya
Mirasın siyahıya alınması yeni qaydada həyata keçiriləcək
11:01 19.05.2025
Sosial
Bu gecə Bakıya leysan yağacaq - Xəbərdarlıq
10:54 19.05.2025
Ekologiya
HƏMAS təkzib etdi: Girovları azad etmirik
10:47 19.05.2025
Dünya
İbrahim Rəzayi: İran nüvə proqramından imtina etməyəcək
10:40 19.05.2025
Region
Bakıda bir nəfər 9 ədəd qaşıq uddu
10:34 19.05.2025
Hadisə
Ağdamda 4 otaqlı ev yandı
10:27 19.05.2025
Hadisə
AMB “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verib
10:20 19.05.2025
İqtisadiyyat
Beş Qərb lideri Ukraynanı müzakirə etdi: Putinə çağırış
10:14 19.05.2025
Dünya
KİV: Fəthullah Gülən ölməyibmiş
10:07 19.05.2025
Dünya